» » Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramına start verilib

Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramına start verilib

Müəllif: Anaveusaq.az от 5-04-2017, 00:05

Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsini təmin etmək üçün "Gənc elçilər” proqramına start verib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, proqramın məqsədi Azərbaycanı mühüm beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcək gənc elçilərin yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.
Proqramın səmərəli fəaliyyətini təmin etmək üçün üç əsas komponentdən ibarət (təlim, təcrübə və təmsilçilik) "3T” modeli formalaşdırılıb. "Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçiriləcək təlim və seminarlara qatılacaqlar. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti, gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti mövzuları üzrə keçiriləcək. "Təcrübə” komponenti vasitəsilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və onların təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər. "Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və mühüm təcrübə əldə etmək imkanı qazanacaqlar.
Proqramın iştirakçılarının seçimi üç mərhələdən - onlayn ərizənin təqdim olunması, müsabiqə və müsahibədən ibarətdir. Seçim mərhələlərindən uğurla keçən şəxslər proqramda iştirak hüququ qazanacaqlar. Proqramın fəaliyyətinin 80 faizində iştirak edən gənclərə şəhadətnamə və tövsiyə məktubu veriləcək. Proqramda iştirak hüququ əldə edən gənclər əvvəlcə ölkəmizlə bağlı siyasi, iqtisadi və mədəni sahədə, həmçinin beynəlxalq nəzakət və protokol qaydaları mövzularında məlumatlandırılacaq, beynəlxalq tədbirlərə qatılaraq Azərbaycan həqiqətlərinin dünyaya obyektiv şəkildə çatdırılmasında fəal iştirak edəcəklər.

"Gənc elçilər” proqramına qoşulmaq üçün aprelin 5-dək www.ambassadors.nayora.az ünvanına daxil olub qeydiyyatdan keçmək lazımdır.

Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramına start verilib

Mənbə:http://azertag.az/xeber/Azerbaycan_genclerinin_beynelxalq_temsilchilik_proqramina_start_verilib-1048211

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz