» » Məşhur sənət xadimlərimiz - Ələsgər Ələkbərov

Məşhur sənət xadimlərimiz - Ələsgər Ələkbərov

 
Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərovun doğum günüdür.
Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov adına klubda dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.
Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz - Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.
31 yanvar 1963-cü ildə vəfat edib.

 

Məşhur sənət  xadimlərimiz - Ələsgər Ələkbərov

Fəxri adları və mükafatları

Azərbaycan SSRİ Əməkdar artisti (1938)
Azərbaycan SSRİ Xalq artisti (1940)
SSRİ Xalq artisti (1961)
Azərbaycan SSRİ Dövlət mükafatı laureatı
Lenin Ordeni (22.07.1949)
2 Qırmızı Əmək Bayrağı ordeni (25.02.1946; 09.06.1959)
"1941-1945-ci illərdəki Böyük Vətən Müharibəsində şücaətli işinə görə" medalı

Teatr səhnəsindəki rolları

Makduf ("Makbet", Uilyam Şekspir)
Vaqif ("Vaqif", Səməd Vurğun)
Fərhad ("Fərhad və Şirin", S.Vurğun)
Otello ("Otello", V.Şekspir)
Xanlar ("Xanlar", S.Vurğun)
Minnətov ("Vəfa", Rəsul Rza)
Alxan ("Bahar suları", İlyas Əfəndiyev)
Yusif ("Məhəbbət", Mirzə İbrahimov)
 

Məşhur sənət  xadimlərimiz - Ələsgər Ələkbərov

 

Filmlərdəki rolları

"Ağasadıq Gəraybəyli" (1974)
"Aktrisanın təbəssümü" (1974)
"Almaz" ( 1936)- Fuad
"Altıncı hiss" (1935) - mühəndis Heydər
"Bizim küçə" (1961)
"Böyük dayaq" (1962)
"Fətəli xan" (1947)
"Kəndlilər" (f1939)
"Kölgələr sürünür" (1958)
"Qara daşlar" (1956)
"Qızmar günəş altında" (1957)
"Qüdsi" ( 2007)
"Lətif" (930) - Kolxoz sədri
"Leyli və Məcnun" (1961)
"Ögey ana" (1958)
"Onlar belə sevirdilər" ( 2007)
"Rənglərdə yaşayan kino" (2009)
"Səhər" (1960)
"Sovqat" (1942)
"Uzaq sahillərdə" (958)
"Vulkan üzərində ev" (1929)
"Yeni horizont "(1940)

Məşhur sənət  xadimlərimiz - Ələsgər Ələkbərov

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz