» » Bir yazıya şərh: Xalq artistləri niyə Canəli Əkbərova etiraz edirlər

Bir yazıya şərh: Xalq artistləri niyə Canəli Əkbərova etiraz edirlər

"Xalq artistlərindən Canəli Əkbərova ETİRAZ — "Onunla bir arada olmaq istəmirik”
Bu başlıq və onunla bağlı yazı ölkənin aparıcı elektron mətbutlarından birində birində dərc edilmişdi. Geogle axtarış sistemində tapıb oxuya bilərsiniz. Qısaca məzmunu budur ki,
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam televiziya müsabiqəsində seçimlərə yenidən start verilib. Respublikanın Xalq artisti , professor Canəli Əkbərov müsabiqənin münsiflər heyətində içtirak etmək istəsə də, əvvəlki jüri : Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov buna etiraz ediblər.
Yazını bir dəfə oxudum, ikinci dəfə isə mahiyyətinə daha dərindən varmaq üçün bir də oxudum.. Doğrusu, çox pis oldum. Ona görə üzüldüm ki, fikir söyləyənlər də bu xalqın ehtiram bəslədiyi, hörmət bəslədiyi şəxslərdir, haqqında danışılan Canəli müəllim də. Mən bu şəxslərin hər birinə eyni ehtiramla yanaşıram. Dinləyici kimi, bir ziyalı kimi xalqımızın sənətkarı haqqında mən də söz deyə bilərəm. Canəli müəllimin səksənə yaxın  yaşı var, bu ömrün 60 ildən çoxunu musiqiyə həsr edən bir sənətkara qarşı alyans yaratmaq heç yaxşı səslənmir. Diqqətlə müsahibələrə fikir verin, elə bil ki, hörmətli sənətkarlar Canəli müəllimin münsif olmaması üçün öncədən fikir birliyi yaradıblar.

Bir yazıya şərh:  Xalq  artistləri niyə Canəli Əkbərova  etiraz edirlər

Hətta, bəzi fikirlərdə bir qədər də müəyyən hədd gözlənilməyib. Canəli müəllim statusca bu sənətkarların heç birindən geridə deyil. Bu məsələni öz aralarında həll edə bilməyiblərsə, "Şərəf”, "Şöhrət” ordenli bir Xalq artisti, professor üçün respublika səviyyəsində belə münasibət sərgiləmək onun haqqı deyildi. 30 il Opera və Balet Teatrında bütün milli operalarımızın baş qəhrəmanı olmuş sənətkara nədən belə rəftar?
Hörmətli Mehriban xanım Azərbaycan musiqisinin, xüsusilə muğam sənətimizin inkişafı naminə bir Konservatoriyanın mövcud olduğu dövrdə göstərdiyi fəaliyyətə bərabər xidmət etməkdədir. Bu layihə də Birinci Xanımımızın təşəbbüsü və yaxından pasibanlığı ilə baş tutmaqdadır. Münsiflər heyətini, yəqin ki, Nazirlik, Bəstəkarlar İttifaqı, Layihənin rəhbəri birlikdə müəyyən edirlər. Belədirsə, onda hörmətli sənətkarlarımız Canəli müəllimin də hörmətli sənətkar olduğunun fərqində olmalıdırlar.
Və ən əsası da xalqın sənətkar kimi qəbul etdiyi şəxsə belə məqamda mənəvi dayaq olması lazımdır. Mən sənətkarlarımıza da müracət edirəm. Sizi bu şöhrətə xalq yüksəldib, dövlətimiz yüksəldib. Bu cür münasibətlərə xalqın da bir dəyəri var: bunu da hesaba alın.
Xahiş edirik: belə etməyin...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz