Mobil telefonla qan analizi aparılacaq
Müəllif: Dəyanət от 4-02-2017, 00:30
Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun (İYTİ) kimya bölməsinin əməkdaşları mobil telefonla qanın analizini həyata keçirmək niyyətindədirlər.
AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, əvvəlcə xəstədən alınan qan xüsusi kağız üzərinə hopdurulur. Kağızın tərkibindəki maddələr qanla reaksiyaya girdikdən sonra telefonla fotosu çəkilir. Daha sonra telefona yüklənmiş müvafiq mobil tətbiqetmə ilə qanın analizinin nəticələri əldə edilir.
İYTİ-nin əməkdaşı Ümid Hakan Yıldızın sözlərinə görə, layihəni həyata keçirməkdə əsas məqsəd qan analizinin ucuz qiymətə başa gəlməsinə və onun nəticələrinin qısa müddətdə əldə edilməsinə nail olmaqdır. Bu üsulla, hətta qanda Hepatit B və Hepatit C viruslarını da müəyyən etmək mümkün olacaq.
Mənbə:http://azertag.az/xeber/Mobil_telefonla_qan_analizi_aparilacaq
Oxşar postlar:
- Oxunub: 2 285
- Şərhlər: 0
- Bölmə: Humanitar / Elm
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar