» » İnsanlar qan təzyiqinin yüksək olmasına əhəmiyyət verməməyə meyillidirlər

İnsanlar qan təzyiqinin yüksək olmasına əhəmiyyət verməməyə meyillidirlər

Müəllif: Dəyanət от 30-01-2017, 00:30

Hazırda dünyada yaşlı əhalinin təqribən hər dörd nəfərindən birinin arterial təzyiqi daim yüksək olur. Bununla bərabər, həmin xəstəlik barədə diaqnoz qoyulması 50 faizdən də az halları əhatə edir. Aparılmış hesablamalara görə, 2025-ci ilə qədər planetimizin sakinlərinin 1,5 milyarddan çoxu qan təzyiqinin yüksək olması halları ilə üzləşəcək.
AZƏRTAC "Zdorovye” saytına istinadla bildirir ki, vaxtsız ölüm və əlillik riski faktorları arasında birinci yeri düzgün qidalanmama, ikinci yeri isə yüksək qan təzyiqi tutur. Risk faktorları arasında siqaret çəkməkdən və düzgün qidalanmadan sonra üçüncü yerdə hipertoniya dayanır. İnfarkt və insult hallarının təqribən yarısı bu vəziyyətlə bağlıdır.
Araşdırmalar göstərir ki, arterial təzyiqin cəmi 10 millimetr civə sütunu qədər azaldılması ürəyin işemiya xəstəliyi riskinin 17 faiz, insultun 27 faiz, ürək çatışmazlığının 28 faiz, ümumi ölüm göstəricilərinin 13 faiz azalmasına səbəb ola bilər. Qan təzyiqinin artmasının risk amillərinə insanın yaşı, cinsi (65 yaşa qədər insanlarda bu amil kişilərdə, 65 yaşdan sonra isə qadınlarda daha tez-tez rast gəlir), etnik mənsubiyyət, irsiyyət, duzdan və alkoqoldan ifrat istifadə edilməsi, piylənmə və fiziki fəallığın aşağı olması aiddir. Xüsusən yaşı 40-dan yuxarı olan insanlar bu məlumatları nəzərə almaqla, öz qan təzyiqini müntəzəm ölçməlidirlər.

İnsanlar qan təzyiqinin yüksək olmasına əhəmiyyət verməməyə meyillidirlər

Mənbə:http://azertag.az/xeber/Insanlar_qan_tezyiqinin_yuksek_olmasina_ehemiyyet_vermemeye_meyillidirler-1030651

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz