» » Parolları gələcəkdə informasiyanın qorunmasının daha etibarlı üsulu əvəzləyəcək

Parolları gələcəkdə informasiyanın qorunmasının daha etibarlı üsulu əvəzləyəcək


İnternet istifadəçiləri çox zaman asan tapıla bilən parollardan istifadə edirlər."Keeper Security” şirkəti böyük resurslardan məlumatların axını nəticəsində 10 milyon parola sahib olub. Beləliklə, şirkət 2016-cı ildə istifadəçilər arasında ən populyar parolların reytinqini hazırlamağa nail olub.
AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, "123456” rəqəmlərinin kombinasiyası ən məşhur parollar reytinqinin dəyişilməz lideridir. Ondan 17 faiz insan istifadə edib. Onluğa daxil olan dörd parol isə bu kombinasiyanın müxtəlif variantlarıdır.
Parol qismində "1q2w3e4r” və ya "123qwe” kimi hərf və rəqəmlərin kombinasiyaları istifadəçilərin təhlükəsizlik məqsədilə gözlənilməz nümunələrdən istifadə etməyə çalışdığını göstərir.
Məlumatların qorunmasının əsas üsulu kimi parollardan istifadə çox etibarsız təcrübədir. Statistikaya əsasən, istifadəçi 10-20 proqram üçün mürəkkəb və unikal parolları yadda saxlaya bilmir. Bu səbəbdən parol problemi zaman keçdikcə daha da aktual olur.
Ekspertlər növbəti bir neçə il ərzində parolların "ölümünü” proqnozlaşdırırlar. Onları gələcəkdə informasiyanın qorunmasının daha etibarlı üsulu – biometriya əvəz edəcək.

Parolları gələcəkdə informasiyanın qorunmasının daha etibarlı üsulu əvəzləyəcək

Mənbə:http://azertag.az/xeber/Parollari_gelecekde_informasiyanin_qorunmasinin_daha_etibarli_usulu_evezleyecek-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz