» » Rusiyalı alimlər yeni növ göbələk aşkarlayıblar

Rusiyalı alimlər yeni növ göbələk aşkarlayıblar

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) alimləri Rusiyanın Tver vilayətində yeni növ "Entoloma krutiсianum” göbələyini aşkarlayıblar. Tədqiqatın nəticələri "Persoonia” jurnalında dərc olunub.
AZƏRTAC tass.ru saytına istinadla xəbər verir ki, yeni növ göbələk 2015-ci ilin payızında Тver vilayətində aparılan ekspedisiya zamanı aşkarlanıb. Göbələyin bu növü şam meşələrində bitir. "Entoloma krutiсianum” göbələyi yeyilməyəndir.
Mütəxəssislər ekologiyanın bu sahəsi üzrə tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Onlar bu tədqiqatların mühafizə edilən təbiət əraziləri üçün daha aktual olduğunu söyləyiblər.
Rusiyalı alimlər yeni növ göbələk aşkarlayıblar

Mənbə:http://azertag.az/xeber/Rusiyali_alimler_yeni_nov_gobelek_askarlayiblar-1026498

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz