» » Elm kor bağırsağın insana nə üçün lazım olduğunu aydınlaşdırıb

Elm kor bağırsağın insana nə üçün lazım olduğunu aydınlaşdırıb

Müəllif: Vüsal от 11-01-2017, 00:59
Dovşan və meymun da daxil olmaqla, təxminən 500 digər məməlidə kor bağırsaq var. Bir çox canlılar ondan həzm sisteminin mühüm bir hissəsi kimi istifadə edirlər. Son vaxtlara qədər elm kor bağırsağın insana nə üçün lazım olduğunu aydın izah edə bilmirdi.
AZƏRTAC "medikforum.ru” saytına istinadla xəbər verir ki, ABŞ-ın Midvestern Universitetinin alimləri kor bağırsağı olan 533 məməlinin təkamülünü araşdırıb. Alimlər hər bir kor bağırsağın zamanla necə dəyişdiyini diqqətlə sənədləşdirib. Məlum olub ki, o, orqanizmdə heç vaxt yoxa çıxmayıb və deməli, kor bağırsağın hansısa konkret məqsədi olub.
Alimlər müəyyən ediblər ki, kor bağırsağı olan fərdlərdə immun sistemi üçün zəruri olan limfatik toxumanın yüksək konsentrasiyası var. Limfa toxumaları bəzi "yaxşı” bakteriya növlərinin artmasını stimullaşdırır. Deməli, insanın kor bağırsağı bu mikroorqanizmlərin təhlükəsiz sığınacağı ola bilər.
Yeni tədqiqatlar fərz etməyə imkan verir ki, insanın kor bağırsağı sağlamlıq üçün əvvəllər hesab edildiyindən çox vacibdir.

Elm kor bağırsağın insana nə üçün lazım olduğunu aydınlaşdırıb

 

Mənbə:http://azertag.az/xeber/Elm_kor_bagirsagin_insana_ne_uchun_lazim_oldugunu_aydinlasdirib-1025489

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz