» » Xətai rayonunun 24 saylı tam orta məktəbinin 1 b sinfində bayram şənliyi

Xətai rayonunun 24 saylı tam orta məktəbinin 1 b sinfində bayram şənliyi

Xətai rayonunun 24 saylı tam  orta məktəbinin   1 b sinfində  bayram şənliyi
İndi təqdim edəcəyimiz şəkillər hansısa bir uşaq teatrında çəkilməyib, iştirakçılar da peşəkar aktyorlar deyil,  birinci  sinif şagirdləridir. Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə Xətai rayonunun 24 saylı tam orta məktəbində qeyd olunan bir  sinif tədbirində  lentə alınıb.  Bu azyaşlı uşaqların istər müxtəlif rollardakı ifaları, istərsə ifa etdikləri mahnı və şeirlər, rəngarəng rəqslər öz həmyşıdları üçün nəzərdə tutulsa da, valideynləri də məmnun etmişdir.
Birincilər , əvvəlcə, "Santa-Klaus”, "Yeni il gəldi”, "Buratino”, "Cücələrim” və "Qar dənəcəyi” rəqslərini ifa etdilər. Daha sonra kiçik səhnəciklər göstərildi, torpaq, Vətən, həmrəylik haqqında şeirlər səsləndirildi.
Rəqslərdən sonra səhnəyə daxil olan Şaxta baba balacaların böyük sevincinə səbəb oldu. Şaxta baba uşaqları təbrik edərək, onlara hədiyyələr verdi, uşaqlarla şəkillər çəkdirdi, rəqs etdi. Balacalar Şaxta baba ilə bu cür ünsiyyətdən çox məmnun idilər və bu məmnunluq onların sonrakı ifalarını bir qədər də təravətli etmişdi.
Bunlar birincilərin tədbirinin ən yaxın məqsədi idi. Gənc olmasına baxmayaraq , təcrübəli sinif müəllimi Günay Dadaşova məqsədinə nail omuş, ən əsası isə daha böyük məqsədlərin uğurlu təməlini qoymuşdur.
6-7 yaşlı uşaqlar, söz yox ki, belə bayramların, eləcə də onlarla əlaqəli tarixlərin məzmununu, siyasi mənasını dərk etmək səviyyəsində deyillər, bu, heç onlardan tələb edilmir də. Amma sevinc, bayram əhvali-ruhiyyəsi, ümumxalq kədərinə acımaq, təəssüf hissi bu yaşlardan formalaşır. Məhz bu hisslər insanları hələ məktəb yaşlarından birləşməyə, vətən, torpaq naminə eyni cəbhədə olmağa hazırlayır və daha sonrakı yaşlarda daha da inkişf etdirilir.
 
Xətai rayonunun 24 saylı tam  orta məktəbinin   1 b sinfində  bayram şənliyi
Məktəbyaşlı uşaqlar bayram günlərində evdə, küçədə, bağada və məktəbdə səliqə-sahman aparıldığı, hər yerin bəzədildiyini görürlər. Özlərindən böyüklərin, müəllimlərinin, evdə isə valideynlərinin bayram və ya tarixi hadisə haqqında söylədikləri onları sevindirir, qədrşünaslıq duyğularını artırır.
Belə tədbirlər həm də uşaqlarda kollektiv naminə birgə çalışmaq, məqsəd birliyi, hədəfə çatmaq və s bu kimi nəcib keyfiyətlər formalaşdırır.
Odur ki, bayram proqramının tərtibi zamanı bayramın özünün bədii-emosional mahiyyətini əsas götürərək elə mahnılar, şeir nümunələri, rəqslər, səhnəciklər seçmək lazımdır ki, uşaqlara tanış olsun. Onların yaş və psixologiyasına uyğun olsun ki, uşaqlar öz yaradıcılıq qabiliyyəti və enerjilərini bu nümunələrdə sərbəst ifadə edə bilsin.
1 b sinif şagirdləri 4 ayın işərisində artıq sayca ikinci olan bu cürə tədbir gerçəkləşdirdilər. İnanırıq ki, bu gün bilik dünyasına ilk kövrək addımlarını atan bu birincilər – 1 b sinfinin şagirdləri təhsil müvəffəqiyyətləri ilə yanaşı, həm də məktəbin ictimai həyatında hər zaman öndə olacaqlar.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz