» » Azərbaycan klassiklərinin həyatından maraqlı epizodlar - Həbibi

Azərbaycan klassiklərinin həyatından maraqlı epizodlar - Həbibi

Müəllif: Təsisçi от 2-01-2017, 00:30

Azərbaycan klassiklərinin həyatından maraqlı   epizodlar - Həbibi  

Məşhur Azərbaycan şairi, böyük Füzulinin ustadlarından sayılan Həbib,i təqribən, 1470-1475-ci illərdə Göyçay qəzasında indiki Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. Əsl adı mənbələrdə çəkilmir. Rəvayətə görə,  uşaqlıqda çobanlıq etmiş Həbibi təsadüf nəticəsində gənc yaşlarından Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gətirilmişdir. Sonralar Şah İsmayıl Xətainin sarayında böyük nüfuz qazanmış, hətta "Məlik üş-şüara" olmuşdur.
Çaldıran vuruşmasından (1514) sonra ömrünü Türkiyədə keçirmişdir. Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur.
Həbibi 1520-ci ildə Türkiyənin İstambul şəhərində vəfat etmişdir.
Sənətkarlığı ilə Füzulini belə heyran edən şairin divanı dövrümüzədək gəlib çatmamışdır. Ədəbi irsindən yalnız 50-yə qədər şeri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şerlərində insan ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir.
Həbibinin yaradıcılığı Azərbaycan şerinə (Şah İsmayıl Xətai, Füzuli və başqaları), ümumiyyətlə, türkdilli poeziyaya güclü təsir göstərmişdir. Şerlərinin dili əksər hallarda xalq ifadə tərzinə yaxın və sadədir. Çətin anlaşılan ərəb və fars tərkibləri azdır.

Aşiqə məşuqinin cövrü səfası xoş gəlür,
İki aləmdən ana bir mərhəbası xoş gəlür.

Gözlərim dərdinə sürmə olmağiyçün dəmbədəm
Tutiyayi-cövhərindən xaki-payi xoş golür.

Ömri-baqi saçlarındır, badə vermə, ey sənəm,
Görün ol ömri-əzizi, çün bəqası xoş gəlür.

Cümlə bu xəlqi-cəhanın qilü qalindən mənə
Eşigində itlərünün macərası xoş gəlür.

Sana, ey zahid, behiştü hurü rizvani, mənə
Ol büti-ziba nigarımın liqası xoş gəlür.

Bu Həbibinin duasın müstəcab et, ey sənəm,
Çün kərəm əhlinə dainin duası xoş gəlür.
 

Azərbaycan klassiklərinin həyatından maraqlı   epizodlar - Həbibi

 

Həbibinin şah sarayına gəlməsi ilə bağlı maraqlı bir rəvayət məlumdur. 
Həmin rəvayətə  görə, şairin uşaqlığı Bərgüşad kəndində quzu otarmaqla keçirmiş.
 Bir gün Sultan Yaqub ova çıxanda çöldə quzu otaran bir uşaq görür. Mülazimlərindən birini göndərib quzuların sahibinin kim olduğunu soruşmaq istəyir. Mülazim uşağın yanına gəlib soruşur:
- Nə yığırsan?
- Çör-çöp.
- Çör nədir, çöp nədir?
- Çöp dik duranlardır, çör yıxılanlar.
- Bu quzular kimindir?
- Qoyunların.
- Kəndinizin böyükləri kimdir?
- Öküzlər hamıdan böyükdür.
- Onu demirəm, kəndinizə gələnləri kim qarşılayır?
- Sənin kimi əziz adamlar gələndə onu arşılamağa itlər yüyürür.
Mülazim qəzəblənib deyir:
- Ay, nə nə çapaydım səni.
Uşaq cavab verir:
- Atını çap ki, gör ki, yoldaşların getdi.
Mülazim həmin söhbəti Sultan Süleymana nəql edir. Hazırcavablığı, məzəli söhbətləri çox sevən Sultan Yaqub uşağın çox istedadlı olduğunu başa düşüb, onu saraya gətirdir, təlim və tərbiyəsi ilə məşğul olur.
Sonralar Həbibi görkəmli sənətkar kimi məşhurlaşır.

Azərbaycan klassiklərinin həyatından maraqlı   epizodlar - Həbibi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz