» » Yalançı "Xortdan" (Ə.b.Haqverdiyevin həyatından)

Yalançı "Xortdan" (Ə.b.Haqverdiyevin həyatından)

Yalançı "Xortdan" (Ə.b.Haqverdiyevin həyatından)

1907-ci ildə Əbdürrəhim bəy Haqverdiyev Gəncədə yaşayırdı. Gəncə ziyalıları onu yaxşı tanıyırdılar. Onların arasında yazı-pozu ilə məşğul olanlar da vardı. Əli Nəzmi də bunlardan idi. Onlar öz yazdıqlarını Haqverdiyevə oxuyar, ondan məsləhət alardılar.bir nəfər vardə: ədibi lap təngə gətirmişdi. Bu "ziyalı” gecələri yatmır, ağzına gələn hərzələri yazıb adını da faciə qoyur və səhəri Haqverdiyevə oxuyurdu. Haqverdiyev də xasiyyətcə mülayim olduğu üçün özünə əziyyət verib qulaq asırdı. Bir gün yenə də Haqverdiyev bağda oturmuşdu. Bir də gğrdü ki, həmin "dostu” əlində də "Molla Nəsrəddin” məcmuəsinin son nüsxəsi gəldi və salam verib onun yanında əyləşdi. O, həmişəkindən fərqli olaraq çox qürurlu görünürdü.
- Əbdürrəhim bəy, "Cəhənnəm məktubları”nı mütaliə edirsinizmi?- deyə əlindəki "Molla Nəsrəddin” məcmuəsinin "Cəhənnəm məktubları” çap olunan səhifəsini Haqverdiyevə göstərdi.
- Bəli, oxuyuram, - ədib cavab verdi.
- Necə xoşunuza gəirmi?
- Niyə, pis deyil, yaxşıdır.
- Mən ölüm, Əbdürrəhim bəy, düz deyirsiniz
- Necə bəyəm? Sizinlə zarafatım var?
- Elə isə mən çox xoşbəxtəm.

Yalançı "Xortdan" (Ə.b.Haqverdiyevin həyatından)

Haqverdiyevi maraqqarışıq bir təəccüb bürümüşdü.
- Təəccüblənməyin, Əbdürrəhim bəy öz aramızda qaısın. Heç kimə deməyin. ""Nə vaxtdandır ki, "Cəhənnəm məktubları"nı mən yazıram, "Xortdan" mənim gizli imzamdır.
- Çox gözəl, amma, qardaşoğlu, hər bir yazdığın "pyes"i mənə oxuduğun halda, bəs bunu niyə oxumursan, gətir hekayənin mabədini oxuyaq, çox maraqlıdır...
- Yox, mirzə, bu, onlardan deyil, bunu oxumuram.
- Oxumazsan?
- Yox.
- Niyə?
- Ürəyinizə pis gəlməsin, qorxuram...
- Niyə, nədən qorxursan, qardaşoğlu?
- Belə deyirlər ki, qələm sahibləri çırpışdıran olurlar.
- Elə isə qulaq as, sən başa düş.
Haqverdiyev əlini cbinə salıb bir dəftər çıxarır və "Cəhənnəm məktubları"nın mabədini əlyazmasından oxumağa başlayır. "Cəhənnəm məktubları"nın guya müəllifi - yalançı "Xortdan" özünü itirir, "mirzə, bir balaca işim var"- deyə əkilir və bir daha Haqverdiyevin imzasına sahib çıxmır.

Yalançı "Xortdan" (Ə.b.Haqverdiyevin həyatından)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz