» » ...Sənin ki bu qədər təmizliyin var....

...Sənin ki bu qədər təmizliyin var....

 
 Ulduz tək üstümə səpələn, ey qar,
Geydirdin əynimə ağappaq donu.
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduz tək üstümə səpələn, ey qar.
Belə təmizlikdən isinmək olar.

Musa Yaqub

 

Qış haqqında düşünəndə adamın ağlına gələn hər tərəfi qar bürümüş meşələr, çöllər, qarın ağırlığından budaqları sallanmış, qaməti əyilmiş nisbətən cavan ağaclar gəlir.
Qış təkcə təbiətə deyil, evimizə və özümüzə də bir əl gəzdirməyə vadar edir. Evimizin qış mövsümü üçün istilik problemləri qayğısına qalırıq, isti paltarlar, papaq dəbinə keçirik.
Qış deyəndə mücərrəd xəyallarımızdan bir səssizlik tablosu asılır. Onsuz da sakitliyə qərq olmuş meşələr, çöllər bu görkəmləri ilə bir qədər də səssizləşirlər. Bir az  soyuqdan qorxanlar, bir az özlərini əziyyətə vermək istəməyənlər,daim  isti yer axtaranlar isti yeri  elə isti yerin özündə axtarırlar. Daha nə oldu ki bu.  Eyniadlı yüklər bir-birləri ilə heç laboratoriyada da uyuşmurlar. Sevən  gənclərimiz isə qışa, qara heç vaxt üz turşutmazlar. Turşutsalar, qar bunu hiss edir, o dəqiqə buza çevrilir, şaxta, sırsıra buzlaq yaradır. Amma   qar dənələri kimi ağ, parlaq sevgimiz olsun deyə qışın  bir elementini ürəklərinə köçürənlər isti, daha ehtiyaclı  ülfətə  bir addım da yaxınlaşılar.

...Sənin ki  bu qədər təmizliyin var....

İnsan psixikası elədir ki, mütləq onun həyatı ilin fəsillərinin hansısa biri ilə eyniyyət təşkil edir. Ədəbi-bədii əsərlərdə qəhrəmanların həyatı həmişə yaz, payız/qış fəsilləri ilə eyniləşdirlir. Yoxsa, həmişə qış, payız ola bilmədiyi kimi, həmişə də insan ağlaya bilməz.İlin fəsilləri dəyişdiyi kimi, insanın həyatı da dəyişməlidir. Hər qış fəslindən sonar bahar fəsli gəlirsə, bu, yeni həyata bağlayan ümiddir.
Siz fikir verirsinizmi, hər il uşaqlar qar üçün həsrətli olurlar. Yağış yağanda tez özlərini evə çatdırır, qar yağanda isə böyük coşqu ilə çölə qaçırlar. Üşümürlər ki onlar. Yorulmurlar ki, qoysalar heç gecələr də evlərinə getməzlər, küçələri, parkları Şaxta babalarla doldurarlar.
Qar dənələri kimi pak və məsum uşaqların içlərindəki qışvə qar haqqındakı təsəvvürlər ancaq budur.
Əgər istəyirsənsə həyat sənin üzünə gülsün, sən də onun üzünə gül.Təbəssümün haqqı budur.
Onsuz da doyuq qəlblər həmişə soyuq olur, qış və ya yay olsun, fərqi yoxdur.
Sadəcə, ürəyində, başında,ruhunda müsbət aura daşımalı.
Sadəcə, əziyyətlərin, çətinliklərin içində nəsə yaxşı olan müsbət bir dən axtarmalı, beyninə düşdümü, mütləq cücərəcək.
Bütün  çətinlikləriniz, əziyyətləriniz yox olsun  diləyi ilə, bütün sevgilər qışda belə,   çiçək açsın dualarıyla....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

...Sənin ki  bu qədər təmizliyin var....

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.