» » Ayrılanlar qovuşdular, küsülülər barışdılar

Ayrılanlar qovuşdular, küsülülər barışdılar

 

Ayrılanlar qovuşdular, küsülülər barışdılar
Taleyindən qaça - qaça ögeyləşən, bu, bizikmi?
Ömrün çətin anlarında hey vuruşan, hey əlləşən,
bu, bizikmi?
Sən oyanda, mən buyanda, qaça- qaça, qova- qova,
Su ciləyib, bir alova tüstülənib, sönə -sönə,
bu, bİzikmi?

Gedə- gedə, dönə- dönə,
bu, bizikmi?
Dost olub, düşmənə dönən,
bu, bizikmi?
Alovalanib birdən sönən.
Sən hardasan, mən hardayam?
Başımıza nələr gəldi?
Nifrət iti xəncər kimi sevginin bağrını dəldi,
Bu, bizikmi?
Özun söylə, mən taleyə neyləmişdim?
Düşüb ömrün sınağına sən dəyişdin , mən dəyişdim
Mən taleyə neyləmişdim?
Aralandı birgə yollar,
Pozub eşqin vəfasını, özgəsini quçdu qollar,
Bu, bizikmi?
Ömrün şirin anlarını birgə sovurmuşuq yelə,
Bu, bizikmi?

De, nə oldu bizə belə?
Ayrılanlar qovuşdular, küsülülər barışdılar,
bizsə sığa bilməmişk bir arzuya, bir diləyə,
bu, bizikmi?
Qəlbim məni çətin duya,
yaşayırıq necə gəldi.

Fərqi yoxdur, ölüm cıxış yolu bizə.
Gündüz gəldi, gecə gəldi, fərqi yoxdur,
bu, bizikmi?
Azıb qaldıq bu taleyin dumanında , çiskinində.
İtirmişik sevgimizi, qəm oxunur gözümüzdən,
bu, bizikmi?
Xəbərdarıq biz her şeydən, xəbərsizik özümüzdən.

Ayrılanlar qovuşdular, küsülülər barışdılar

Ayrılanlar qovuşdular, küsülülər barışdılar

Ayrılanlar qovuşdular, küsülülər barışdılar

Ayrılanlar qovuşdular, küsülülər barışdılar

Ayrılanlar qovuşdular, küsülülər barışdılar

Ayrılanlar qovuşdular, küsülülər barışdılar

Ayrılanlar qovuşdular, küsülülər barışdılar

Ayrılanlar qovuşdular, küsülülər barışdılar

Ayrılanlar qovuşdular, küsülülər barışdılar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.