» » Almaya, sadəcə, tamaşa etmək də gözəldir

Almaya, sadəcə, tamaşa etmək də gözəldir

Əlbəttə ki, Vətənimizin hansı guşəsində bir uğur, yüksəliş varsa, hansı bölgədən olmağımıza baxmayaraq, hər birimiz sevinirik. Göyçayda "Nar bayramı", Qubadakı "Alma bayramı" Qəbələdəki "Mürəbbə festivalı" qədər əzizdir mənə. Bu meyvələrin hər biri ayrı-ayrılıqda bir qida vasitəsi olmaqla yanaşı, daha böyük anlamda elimizin ruzisidir. Göyçaylı, qubalı, qəbələli həmvətənlərimiz ruzisi bu meyvələrlə zəmanətini tapıb.Ən böyük arzularımızı, xeyir işlərimizi bu meyvəlırin toplandığı pyız fəslinə saxlamışıq. Ha yarpaq tökümü olsa da, "qızılı payız" bizim, birmənalı olaraq, güvənc yerimiz olub. Bu meyvələr şeirimizin, dillə deməyə cürət etmədiyimiz hislərimizin simvolu da olmaqdadır.
Quba növbəti ruzi bayramını qeyd etdi. Quba bağlarının şöhrətini hər zaman bu cürə yaşatmaq lazımdır.
Qubalı qardaş-bacılarımız, ruziniz bol olsun. 
Əlləriniz yorulmasın. 

Almaya, sadəcə, tamaşa etmək də gözəldir

Quba alması haqqında şeirlər yazılıb, mahnılar bəstələnib və s. Müasir dövrümüzdə bu missiyanı dostumuz-qardaşımız Ramiz Qusarçaylı qədər yerinə yetirən ikinci bir kimsə tanımıram. Başqa sözlə desək, Quba almasının Ramiz müəllim qədər "nazını çəkən", vəsfinə söz qoşan 2-ci bir qələm sahibi yoxdur.
Ramiz müəllim müxtəlif vaxtlarda müxtəlif mətbuat vasitələrində, eləcə də ayrıca kitabda ("Almalı kitab”) Azərbaycan xalq yaradıcılığında, xüsusilə də bayatılarda, nağıllarda, xalq mahnılarınmızda simvolizə edilən alma, onun fəlsəfi məzmunu haqqında çox dəyərli fikirlər söyləmişdir. Odur ki, dostumuz-qardaşımız bugünkü tədbirdə bu büsatı yaradanlar qədər ucadadır.
 
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.