» » Toy maşınları

Toy maşınları


Toy maşınları

Hansı nəqliyyat vasitəsi ilə gətirilməsindən asılı olmayaraq, mahiyyət eynidir. Bir tanış deyir ki, oğlumun toyunda tanış maşınlar da vardı, Çadlıq evi özü də bu xidməti təmin edir. Amma oğlum dedi ki, yox, maşın mən danımışam, siz bu sarıdan narahat olmayın. Və sonra məlum olur ki, oğulun danışdığı maşın 800 manat alıbmış.
Amma atanın təklif etdiyi qymət 100-200 manat olacaqmış. Deyəcəksiniz insanın həyatında bir dəfə olur, niyə də yaddaqalan olmasın, təmtəraqlı olmasın.
Olsun, tək iki nəfərin deyil, o tərəfli-bu tərəfli nəsillərin hamısının yadında qalsın.
Fəqət, toyin əbədiliyi gəlinin yeni ailəyə hansı avtomobildə gətirilməsi deyil, bu ailənin sədaqətindən, etibarlılığından, könül bağlılığının 5-10 il keçəndən sonra da ər evinə gəlincəyə qədər olduğu kimi qalmasından asılıdır.

Toy maşınları

Kütləvi informasiya vasitələrində verilən məlumatlara görə pozulan nikahların sayı getdikcə artmaqdadır.
1200 manatlıq toy maşınında gələn gəlin çox keçmir, atasının PEJ0-206-da bir axşamtərəfi geri dönürsə, daha nə oldu bu?
Uşaq vaxtı kənddə eşitmişdim, gəlini kəl arabasında və ya piyada gətirirdilər. Amma o ailələrin , demək olar ki, hamısı davamlı, uzunömürlü olub.
Toy aksesuarlarına, toyun keçirildiyi məkana, musiqiçilərə yox, sadə, insanları rahat edən, qohumluq münasibətlərinə bağlayan toy formalarına üstünlük vermək daha yaxşı olar.
Yeni evlənənlərin toy gününün səhəri Bal ayı səyahətinə tədarük görməyindənsə, yad adamlardan qaçmaq, ev adamlarına ehtiram göstərmək kimi dədə-baba qaydalarına tapınması daha ağayanadır.

Toy maşınları

Toy maşınları

Toy maşınları

Toy maşınları

Toy maşınları

Toy maşınları

Toy maşınları

Toy maşınları

Toy maşınları

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz