» » Rahat yata bilmək üçün bunları edin

Rahat yata bilmək üçün bunları edin

 

 

Rahat yata bilmək üçün  bunları edin

 

Bütün canlı varlıqlar öz güc və keyfiyyətlərini bərpa davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Təbiətin qoynunda gəzmək,  musiqi dinləmək,  yuyunmaq, yuxu  belə vasitələrdəndir.

 Hər birinin öz yeri var, amma  yuxu elə bir fizioloji haldır ki, kifayət qədər yatıb dincini almayan şəxs   heç gəzməyə, musiqi dinləməyə də halı və  həvəsi olmur.

Yuxusuzluq nəqliyyatı idarə edənlər üçün daha  pisdir. Yuxusuzluq  əmək ritminin aşağı enməsinə səbəb olduğu  kimi , beyin fəaliyyətini də pozur.

Vikipediya məlumatlarına görə, "Yuxu 2 mərhələdən - ləng və tez yuxudan ibarətdir. Ləng yuxu mərhələsində əzələlər boşalır, tənəffüs sakitləşir, ürək döyüntüləri yavaşıyır, göz alması hərəkətsiz vəziyyətdə olur. Tez yuxu mərhələsində isə beynin bioelektrik fəaliyyətinin əyrisində kiçik və sürətli dalğalar gözə çarpır. Bu mərhələdə gözün hərəkəti baş verir, qan təzyiqi yüksəlir, nəbz və tənəffüs sürətlənir, maddələr mübadiləsi güclənir. Ləng və tez yuxu mərhələsi dövri olaraq bir-birini əvəz edir. İnsanın sutkalıq yuxusunun təxminən 1,5-2 saatı tez yuxunun payına düşür.

Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir. İkinci mərhələdə dərin yuxuya gedirik.

Bu mərhələ 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlər isə bundan sonra gəlir.

Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün ərzində keçirdiklərimizdən dincəlir. Buna bəzən "delta yuxusu” da deyirlər. Bu müddət ərzində heç bir yuxu görmürük.

Normal gecə ərzində adamlar müxtəlif mərhələlərdən keçirlər. Problemlər, bu mərhələlərdə pozulma olarsa əmələ gəlir.

Nə qədər yatmaq olar?

Günorta yatmaq üçün vaxtı olmayanlar üçün günün bu vaxtı yuxulu olmaq normal haldır. Maraqlıdır ki, gecə yuxusunu artıran adamlar günorta yatmağa ehtiyac duymurlar.

Amma günorta 10 dəqiqəlik yuxu ala bilmək çox xeyirlidir.

Yuxu və əhval-ruhiyyə bir-biri ilə əlaqələdir. Bu əlaqə hələ indiyə kimi tam başa düşülməyib. Amma doyunca yemək kimi, doyunca yatmaq da adamı xoşbəxt edə bilər.”

 Mütəxəssislər bütün yorğunluğu və stressi yox edən   keyfiyyətli yuxu  üçün  aşağıdakıları tövsiyə edirlər:

 

Yatağınız ilə bağlı problemləri aradan qaldırın


 Yəni, yataq yeriniz və yorğan-döşəyinizin   vəziyyəti ilə bağlıdır. Yatdığınız yer sakit  və havalı olsun.

Köhnə yatağınız və ya yükünüzü dəyişdirmək və ya həddindən artıq ağır yorğanınız yerinə daha yüngülünü seçməlisiniz. 

 

 Bədəninizə uyğun yatma mövqeyini müəyyən edin

 

 Yatarkən hansı vəziyyətdə olmanız da mühümdür. Adət etdiyiniz   mövqeyə nə qədər uyğunlaşsanız da, bu,   bir müddət sonra  orqanizminizdə deformasiyalarla müşahidə  olunur. Belə  halda    yeni bir yatmaq mövqeyi seçilməlidir.

 

Beyninizdın     narahat  fikirləri uzaqlaşdırın

 

 Həddindən artıq gərgin  beyin  keyfiyyətli yuxuya mane olur. Ona görə də yatarkən özünüzü  yatarkən gərgin fikirlərdən, problemlərdən uzaq tutun.

 

Gündüz yuxunuzu  qaydaya salın

 

 Əgər gündüz yuxusu vərdişiniz varsa,  bunu bir qaydaya salmaq fayda verəcəkdir. Əgər axşama doğru yatmağı sevirsinizsə, bunu mümkün qədər buraxın və günorta yuxusunu seçim edin.

 

Saatınız yaxınınızda olmasın

 

 Sağlam bir yuxu üçün ilk və ən vacib şərt sakit bir şeydir. Ancaq yuxusuz qaldıqca geriləyir və ertəsi günə yorğun bir şəkildə başlayacağımız üçün stress yaradır. Ona görə  yataq yeriniz saatdanuzaq olmalıdır. 

Qida rejiminizdə dəyişiklik edin

 

 Yuxu problemi yaşayan şəxslərin qidalanma  keyfiyyəti şərtdir.   Maqnezium çatışmazlığı olan şəxslər   maqnezium  yaradan  ərzaqlara üstünlük verməlidir.    Belə problem olanlar üçün hər gün quru meyvə, ispanaq və   armud  yemək faydalıdır.

Xəyal qurun

 Yaşanan ağır hadisələr və ya zehnimizdə pis fikirlər yuxu keyfiyyətini pozan amillər arasındadır. Ona görə də bu  cürə fikirlərdən özünüzü uzaq tutun. Məsələn, xəyal qurmaq və özünüzü olmaq istədiyimiz yerdə təsəvvürümə gətirmək stress və narahatlığımızı azaldaraq yuxuya getməyimizi təmin edəcəkdir.

 

  Şəkər və dəniz duzu  

 

 Bu iki  vasitənin digər adı yuxu tozudur. Dilinizin altına qənd və dəniz duzu almağınız orqanizmdə adrenalini tarazlaşdıracaq. Bu da yuxunuzu  sürətləndirəcək və asanlaşdıracaqdır.

 

Yatmaq üçün çalışmaqdan əl çəkin

 

 Əgər  yuxu keyfiyyətiniz yüksəlmədisə,  son çarə kimi çalışmaqdan əl çəkin və qalxıb kitab oxuyun. Bu beyninizi və bədəninizi rahatlaşdıracaq. Keyfiyyətli yuxu üçün tövsiyələr arasında tətbiq ediləcək ən son üsul budur.


Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin

 

 

Rahat yata bilmək üçün  bunları edin

 

Rahat yata bilmək üçün  bunları edin


Qeyd: Yazı tərcümə ilə işlənilmişdir. 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz