» » Övlad qoxusu cənnət qoxusudur. (Hz. Məhəmməd (sav.)

Övlad qoxusu cənnət qoxusudur. (Hz. Məhəmməd (sav.)

Cabir Novruz - Kiçik olmaq istəyirəm

Kiçiklərlə böyüklərin 
arasında 
pərdə olar…
Kiçiklərdə günah olmaz, 
günah böyüklərdə olar…
Kiçiklərin qəlbi böyük, 
böyüklərin 
qəlbi kiçik…
Kiçiklərin eyni cürdür 
çölü, içi…
Eyni cürdür beşikləri, 
bəzəkləri…
Gizlənpaçdır ən məkirli 
Kələkləri…
Maşınları, kuklaları
Əllərində
Oyuncaqdır,
Ürəkləri yazılmamış
Ağ varaqdır…
Uşaq kimi sadə, kövrək,
Nəcib olmaq
İstəyirəm…
İllərimi geri atıb,
Kiçik olmaq 
İstəyirəm…
Böyüklərin içi bir cür,
Çölü bir cür…
Sözü bir cür, dili bir cür…
Ürəkləri bir qaranlıq
Meşə kimi…
Bir-birinə bənzəməyir
Nə ölüsü,
Nə dirisi…
Nə yaxşısı, nə yamanı…
Oyuncaq tək oynadırlar
Bu dünyanı…
Millətləri bələyirlər
Qana, şərə…
Milyonları sövq edirlər
Ölümlərə…
Yollayırlar vuruşlara
Fağırları,
Kasıbları…
Xırdaların çiynindədir
Yekələrin
Əzabları…
Böyüklərin hər şeyi var
Ürəyi yox,
Kiçiklərin qəlbdən özgə 
Heç nəyi yox…
Böyük ayrı, kiçik ayrı,
Böyüklər kiçiyi saymır…
Böyük ayrı, kiçik ayrı,
Çoxu kimi nə padşah, nə şeyx,
Nə də hacı
Olmaq istəyirəm…
İllərimi geri atıb, kiçik olmaq istəyirəm…

P.S. Cabir Novruzun ruhuna dua edək...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz