» » Biz niyə sevməyək bir-birimizi

Biz niyə sevməyək bir-birimizi

Müəllif: Anaveusaq.az от 4-04-2019, 16:00
Zəlimxan Yaqub - Biz niyə sevməyək bir-birimizi

Biz niyə sevməyək bir-birimiziYer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi.

Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi.

Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi.

Gül şehdən güc alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi.

Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi.

Ömrün həm sevinci, həm ahı varsa,
Pərvanə yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi.

Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü,
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi,
Biz niyə sevməyək bir-birimizi.


Biz niyə sevməyək bir-birimizi

Biz niyə sevməyək bir-birimizi

Biz niyə sevməyək bir-birimizi

Biz niyə sevməyək bir-birimizi

Biz niyə sevməyək bir-birimizi

Biz niyə sevməyək bir-birimizi

Biz niyə sevməyək bir-birimizi

Biz niyə sevməyək bir-birimizi

Biz niyə sevməyək bir-birimizi

Biz niyə sevməyək bir-birimizi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Если хотите узнать как заработать в интернете на фрилансе без вложений новичку, то переходите на сайт ТУТ и дерзайте. Удачных заработков!!!
  • Нравится
  • 0