» » "Oxu, gözəl! Oxu gözəl, qoy səsin"

"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"

 
 
 Görkəmli muğam ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti Könül Kazım qızı Xasıyeva 1968-ci il mart ayının 17-də Şəkidə anadan olmuşdur.
1981-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin Ümumrespublika Baxış Müsabiqəsi"nin qalibi olmuşdur.
1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub.
1986-1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) Xalq artisti Arif Babayevin tələbəsi olmuşdur.
Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrdə  Azərbaycan musiqisini səsləndirib.
Dəfələrlə dövlət tədbirlərində, bayram və şənliklərdə,  eləcə də cəbhə və döyüş bölgələrində  şıxış edib..
 Könül xanımın mahnıları  hər zaman böyük  rəğbətlə dinlənilmişdir. Təəssüflər olsun ki,  səhhətində yaranan problemlə əlaqədar olaraq Könül xanım  fəal səhnədən  hələlik uzaqlaşmışdır. Müğənninin oğlu Kazım da xəstədir. 
Bütüm müsiqisevərlər  ümid edirlər ki,  Allahın   şəfaəti ilə Könül xanım da, oğlu Kazım da tezliklə şəfa
 tapacaq.
Könül xanım  yenidən  onun canlı ifasını  eşitmək, seyr etmək istəyən  pərəstişkarlarının  qarşısında ifa edəcəkdir. 
Anaveusaq.az portalının oxucuları adından  hörmətli Xalq artistimizə cansağlığı və  uzun ömür arzulayırıq.
 
 
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"
"Oxu, gözəl! Oxu gözəl, qoy səsin"


Qeyd: Üzqabığındakı şəkil https://iticket.az/events/concerts/konul-khasiyeva-arzu-coxdur-omrum-az/8321-yə məxsusdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz