» » Hərbin acısını yaşamağa məhkum edilmiş uşaqlar

Hərbin acısını yaşamağa məhkum edilmiş uşaqlar

Neynim, bundan özgə yol tanımıram,

İstər yeddi yerə böl, tanımıram.

Dəniz tanımıram, göl tanımıram,

Bir körpə gözünün yaşından böyük.

H.Arif

Müharibə, xəstəlik və yoxsulluq kimi   səbəblərdən hər gün  10 min uşaq yetim qalır.

İHH İnsani Kömək Vəqfinin hesabatında dünyada yetimlərin sayı, xüsusilə müsəlman yetimlər üçün həyata keçirilən humanitar fəaliyyətlər və bu fəaliyyətlərin iş sahələrini əks etdirən  məlumatlar öz əksini tapmışdır.

Hesabata əsasən, müharibə, xəstəlik, yoxsulluq kimi səbəblərdən dünyada 400 milyon yetim var. UNİCEF hesabatlarına 200 milyon yetim hesabat daxil olsa da, bu məlumatlara Çin, Myanma və Əfqanıstan da daxil olmaqla 52 ölkə daxil deyildir. Suriyadakı müharibəyə görə bu yetimlərin siyahısına  800 min uşaq da əlavə olunmuşdur.  Bu uşaqların əksəriyyəti müxtəlif məqsədlərlə satılır.

Xüsusilə kasıblığın, cahilliyin və səhiyyənin  olmadığı  Afrika, Cənub-Şərqi Asiya, Orta Asiya və Balkanlarda vəziyyət  daha dözülməzdir.

Hesabatda misyoner təşkilatlarının  bəzilərinin gizli, bəziləri  açıq şəkildə  on milyonlarla yetimlərə maraq göstərdiyi bildirilir. Onların   bu  uşaqların dinlərini dəyişdirdikləri ifadə edilir.

 Belə vəziyyət  dünyada Sülh uğrunda beynəlxalq hərəkata ehtiyac var.  Yer üzünün bütün insanları  dünyanı və dünyanın zəmanəti hesab etdiyimiz uşaqların  həyatı üçün məsuliyyət daşımalıdırlar.

Ədəbiyyat, Sənət   bəşəri Sülh uğrunda  mübarizələrinin kəsərini artırmalıdırlar.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz