» » Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

 

Məmməd İsmayıl - Bənzəyib 

Deyirlər ki, qız bibiyə oxşayar,
Mənim balam xalasına bənzəyib.
Anasının bacıları bir deyil,
Üzündəki xal hansına bənzəyib?
Qızın kimə bənzəsin? 
Dam dolusu toyu çəkib - birinə,
Şirinlikdə suyu çəkib - birinə.
Ucalıqda boyu çəkib - birinə, -
Balaca qız qalasına bənzəyib.
Qızın kimə bənzəsin? 
Anasını çıxarmayıb yadından,
Od alıbdır gözlərimin odundan.
Ad alıbdır nənəsinin adından,
Şirin-şəkər laylasına bənzəyib.
Qızın kimə bənzəsin? 
Gəlişindən evimizə gün düşüb,
Qonşulara haray düşüb, ün düşüb.
Hansı alma budağından gen düşüb?!
Körpə ceyran balasına bənzəyib. 
Qızın kimə bənzəsin?
Kirpikləri yaranışdan hörgüdür,
Təbiətin təşbehidir, görküdür.
İkimizin arasında körpüdür,
Bir az mənə, bir az ona bənzəyib.
Qızın kimə bənzəsin? 
Nə az, nə çox, on ay keçib ilindən,
Təzə-təzə sözlər bitir dilindən.
"Yanıqlıyam" anasının əlindən, -
Nə yaxşı ki, xalasına bənzəyib…
Bənzəsin. Nə olar ki. Onsuz da hamımız özümüzə bir ideal seçirik və ya hər kəsin bu dünyada bir oxşarı var. Bəs kimə bənzəsin qızın: anasınamı, nənələrinəmi, xalalarıamı? Niyə də olmaz ki?! Bunlar ki, insana ən yaxın və əziz şəxslərdir. Təki belələrindən olmasın. Cənnət xalanın gəlinindən olmasın qızımızın maması, nənələri, xalaları....

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Qızın kimə bənzəsin?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz