» » Hər birimiz bir şam işığı qədər işıq versək ( Görkəmli alim Aida İmanquliyevanın xatirəsinə həsr olunur)

Hər birimiz bir şam işığı qədər işıq versək ( Görkəmli alim Aida İmanquliyevanın xatirəsinə həsr olunur)

Əmək adamlarının zəhməti ilə dünya zər-xara geyinər,  vətənpərvər oğul və qızlarımız  sahiblik, qədirşünaslıq duyğuları  ilə  üzərində yaşadıqları torpağı   Vətən edərlər. Bunların hər biri insanlıq himdidir.  İşıq vermək, nur paylamaq isə ancaq elm adamlarına  nəsib olur. 
  Görkəmli cərrah -alim, ictimai xadim Mustafa bəy Toçubaşov  demişdir:  "Əgər hər birimiz bir şam işıəğı qədər işıq verə bilsək,  planetimizin Günəşə ehtiyacı qalmaz".  Bizim xalqımız qəhrəmanlıq tarixi ilə öyünə bildiyi kimi, elm və mədəniyyət adamları ilə da har zaman  fəxr etmişdir. Yusif Məmmədəliyev, Lütfi Zadə, Kərim Kərimov, Xudu Məmmədov, Rafiq Əliyev , Tahir Salahov, Fikrət Əmirov, Niyazi, Qara Qarayev kimi elm və mədəniyyət xadimlərimiz belə insanlara nümunə ola bilər.
 Bu gün  doğum gününü qeyd etdiyimiz görkəmli şərqşünas və  ədəbiyyatşünas alim,  filologiya elmləri doktoru, professor Aida İmanquliyeva da  elmi və   ictimai fikir tariximizin sönməz ulduzlarından biridir.
Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır (1957-1962).Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), 1991-ci ildən həmin institutda direktor vəzifəsində çalışmışdır.
 
Hər birimiz  bir şam işığı qədər işıq versək ( Görkəmli alim Aida İmanquliyevanın xatirəsinə həsr olunur)
Aida xanım Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.
Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə məhz buna görə də SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilib.
"Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında (1964, N 12) dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib "Vostoçnı almanax"da (Moskva, 1979, VU buraxılış) çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.
Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur (1971-1973-1979-1981). "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında" (1970), "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi" (1977), "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarix və müasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.
Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur (1983-cü ildən). Moskva, Bakı, Düşənbə,Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
1992-ci il sentyabrın 19-da Bakıda vəfat etmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz