» » Şairin yeri ürəklərdə və xatirələrdədir

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: online
  • Şərhləri: 86
  • Məqalələri: 1191
^
Qabil - Çağırsan gələrəm, çağırmasan yox....

Eşitdim deyirlər:
Solub getmisən,
Başdan ayağacan
Payız olmusan.

Eşitdim deyirlər:
Ölüb getmisən,
Min adam içində
Yalqız olmusan.
Özün bil,
Çağırsan gələrəm,
Çağırmasan yox.

Eşitdim deyirlər:
Pozulub gedib,
Qızılı saçların
sahmanı artıq.

Neynim ki...əlinlə,
Yazılıb gedib,
Yazılıb ayrılıq
fərmanı artıq.
Özün bil,
Çağırsan gələrəm,
Çağırmasan yox!

Eşitdim deyirlər:
Dönübsən külə.
Özün yandıdığın
hicran odunda.

Xəzan yarpaqların
Çətin ki, gülə -
Bahar itirmisən
Qabil adında.
Özün bil,
Çağırsan gələrəm,
Çağırmasan yox!
  • Нравится
  • 0