» » Çörəyimiz bol olsun

Çörəyimiz bol olsun


Esmira Məhiqızı - Bir parça çörək  
 

Bir çörək parçası atılıb yerə,

Heyrətdən quruyubdonub qalmışam.

Heç kimin önündə sınmazdım belə,

Çörəyin önündə sınıb qalmışam.


Necə tullayıblarnecə atıblar,

Çörək  yerlərə düşərmi görən?       

Çörəyin yanından ötən adamlar

Belə saymazyana keçərmi görən?


Çörəyin üzünə həsrət qalanlar,

Bir tikə çörəyə çox mohtaclar var.

Çörəklə sınağa çəkilən şahlar,

Çörəksiz can verən yalavaclar var.


Diz qoyub çörəyi götürürəm mən,

Öpürəmqoyuram gözüm üstünə.

Elə bil təndiri qalayır nənəm,

Çörəyi düzürəm közün üstünə.


Əlimdə günəşdir bir parça çörək,

Kim atıbgörəsəngünəşi yerə?

Mənim əllərimi yandırdığı tək

Kimin əllərini yandırar belə?


Qurandan irəli ruzidigəlib,

Bizə yaradanın haqqı-sayıdır.

Haqsızın həmişə burnundan gəlib,

Çörək insanlara Tanrı payıdı.


Çörəyimiz bol olsun

Çörəyimiz bol olsun

Çörəyimiz bol olsun

Çörəyimiz bol olsun

Çörəyimiz bol olsun

Çörəyimiz bol olsun

Çörəyimiz bol olsun

Çörəyimiz bol olsun
 
Çörəyimiz bol olsun

Çörəyimiz bol olsun

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz