» » "Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )

"Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )


Qasım Qasızadə - Qonşu olmaq istəmirəm səninlə!

Oğlan:

Qonşuluğun hər cövrünə dayandıq, 
Bir sevindik, arzumuzu bir andıq. 
Biz həmişə şad, mehriban dolandıq. 
Açıq deyim, daha bu ildən belə 
Qonşu olmaq istəmirəm səninlə!

Qız:

Sən çaşdırdın, oğlan, mənim fikrimi, 
Ən yaxın bir qohum kimi, dost kimi, 
Kənd bilir ki, biz olmuşuq səmimi, 
Hardan əsdi indi soyuq bir külək? 
Utanma, aç sən bu sirri de görək!

Oğlan:

Nə zaman ki, baxışımız öpüşür, 
Ürəyimə alov düşür, od düşür. 
Ömrümüz şən, günlər tez-tez ötüşür. 
Bir arzum var, coşub gəlir o dilə: 
"Qonşu olmaq istəmirəm səninlə”.

Qız:

Batan günəş bax gör necə saralır, 
Axşam düşür, ağ tarlalar qaralır. 
Gəl tələsək, vaxtımız da daralır… 
Atalardan qalma belə məsəl var: 
"Qonşun pisdir, birdəfəlik köç qurtar!”

Oğlan:

Yox başımda köçüb getmək havası, 
Məhəbbətsiz varmı ömrün səfası? 
Müxtəsəri, budur sözün qısası: 
Köç bizə gəl, quraq təzə ailə, 
Qonşu olmaq istəmirəm səninlə!

"Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )

"Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )

"Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )

"Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )

"Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )
 
"Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )

"Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )

"Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )

"Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )

"Bir sevindik, arzumuzu bir andıq" (Sevgililər Günü münasibəti ilə )

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz