» » » Şənbə lətifələri

Şənbə lətifələri

 

Şənbə  lətifələri

Bir gün Molla Nəsrəddin hamama gedir. İstidən xoşlandığı üçün yavaş-yavaş zümzümə eləməyə başlayır. O oxuduqca, səsi hamamın günbəzinə düşür. Səsi xoşuna gəldiyi üçün öz-özünə deyir:
─ Mən heç özümü belə bilməzdim; doğrudan da, ağıllı-başlı səsim varmış ki.
Bu xəyalla o, hamamdan çıxıb birbaş şəhər hakiminin yanına gedib deyir:
─ Cənab hakim, bu gün məlum olmuşdur ki, mənim çox gözəl səsim var. İstəyirsiniz oxuyum, qulaq asın!
Hakim deyir:
─ Molla, oxu görək.
─ Yox, bu cürə oxuya bilmərəm. Mənim oxumağım üçün gərək burada bir hamam, içində də dolu su xəzinəsi olsun.
─ Ay Molla, biz hamam xəzinəsini buraya necə gətirək?
─ Özün bil. Gətirməzsən, oxumaram.
Xülasə, çox sözdən sonra yarıya qədər su ilə dolu bir küp gətirirlər. Molla sevincək başını küpün içinə salıb başlayır oxumağa. Küpün içindən boğuq bir bağırtı eşidən hakim qulaqlarını tutub nökərlərinə əmr edir:
─ Bu ki, mənə yalan danışıb, küpün suyu qurtarana qədər əlinizi isladıb Mollanın üzünə sillə vurun!
Nökərlər Mollanı döyməyə başlayırlar. Molla döyüldükcə şükür eləyir. Nəhayət, su qurtarır, nökərlər əl saxlayırlar. Hakim üzünü Mollaya tutub soruşur:
─ Molla, döyüləndə ağlamaq, çığırmaq əvəzinə nə üçün şükür eləyirdin?
─ Şükür eləyirdim ki, nə yaxşı hamamdakı su xəzinəsini buraya gətirmədilər, yoxsa onun suyu qurtaran deyildi.

* * * * * * * *
Bir gün, bazarda Mollanın xurcununu oğurlayırlar. Molla xurcunun oğurlandığını görüb, meydanın ortasında dik bir yerə çıxıb, ucadan qışqırır:
— Kim mənim xurcunumu oğurlayıb, dinməz-söyləməz gətirib versin, yoxsa mən bilirəm ki, nə edəcəyəm.
Yaxınlıqda gizlənmiş oğru Mollanın bu hədəsindən qorxuya düşüb, xurcunu gətirib verir və ondan soruşur ki:
— Molla, işdi, xurcunu gətirib verməsəydim, nə edəcəkdin?
Molla deyir:
— Evdə köhnə bir cecim var. Gedib onu kəsib xurcun tikəcəkdim.

* * * * * * * * 
Bir gün, Molla Nəsrəddinin evinə ogru girib, evi axtarmağa başlayır. Birdən arvad deyir:
— Ay kişi, evə ogru girib qalx, qalx da, deyirəm.
Molla əliylə arvadın ağzını tutub, yavaşca deyir:
— Ay arvad, sakit dur, bir şey tapsa, əlindən alarıq.

* * * * * * * * 
Molla bir gün, bir naşı dəlləyin əlinə düşür. Dəllək ülgüclə onun başını bir neçə yerdən kəsib, yerinə pambıq yapışdırır. Mollanın gözü birdən aynaya sataşır, elə ki, başındakı pambıqları görür, dik qalxıb əmmaməsini qoyur başına, düzəlir yola. Dəllək deyir:
– Molla, hara belə? Hələ başının yarısı qalıb.
Molla deyir:
– Elə hamısına pambıq əkmək olmaz ki?.. Yarısına da özüm yun əkəcəyəm.

* * * * * * * * 
Günlərin birində, Molla bərk azarlayır. Qonum-qonşu, qohum-qardaş, eşidən-bilən, tanış-biliş, oğul-uşaq yıgışıb gəlirlər Mollaya baş çəkməyə. Ev dolur adamla. Bəli, hərə bir tərəfdə əyləşir. Di o yandan, bu yandan söhbət başlanır. Çənələr o qədər qızışır ki, Molla tamam yaddan çıxır. Axırda Molla yorğan-döşəkdən qalxıb əyləşir, hıqqıldaya-hıqqıldaya deyir:
— Başınıza dönüm, daha mən sağaldım. Durun gedin evinizə, inşallah, ikinci dəfə azarlayanda gəlib söhbətinizin dalını davam elətdirərsiniz.

* * * * * * * *
Bir gün Molla Nəsrəddin hamama gedir. İstidən xoşlandığı üçün yavaş-yavaş zümzümə eləməyə başlayır. O oxuduqca, səsi hamamın günbəzinə düşür. Səsi xoşuna gəldiyi üçün öz-özünə deyir:
─ Mən heç özümü belə bilməzdim; doğrudan da, ağıllı-başlı səsim varmış ki.
Bu xəyalla o, hamamdan çıxıb birbaş şəhər hakiminin yanına gedib deyir:
─ Cənab hakim, bu gün məlum olmuşdur ki, mənim çox gözəl səsim var. İstəyirsiniz oxuyum, qulaq asın!
Hakim deyir:
─ Molla, oxu görək.
─ Yox, bu cürə oxuya bilmərəm. Mənim oxumağım üçün gərək burada bir hamam, içində də dolu su xəzinəsi olsun.
─ Ay Molla, biz hamam xəzinəsini buraya necə gətirək?
─ Özün bil. Gətirməzsən, oxumaram.
Xülasə, çox sözdən sonra yarıya qədər su ilə dolu bir küp gətirirlər. Molla sevincək başını küpün içinə salıb başlayır oxumağa. Küpün içindən boğuq bir bağırtı eşidən hakim qulaqlarını tutub nökərlərinə əmr edir:
─ Bu ki, mənə yalan danışıb, küpün suyu qurtarana qədər əlinizi isladıb Mollanın üzünə sillə vurun!
Nökərlər Mollanı döyməyə başlayırlar. Molla döyüldükcə şükür eləyir. Nəhayət, su qurtarır, nökərlər əl saxlayırlar. Hakim üzünü Mollaya tutub soruşur:
─ Molla, döyüləndə ağlamaq, çığırmaq əvəzinə nə üçün şükür eləyirdin?
─ Şükür eləyirdim ki, nə yaxşı hamamdakı su xəzinəsini buraya gətirmədilər, yoxsa onun suyu qurtaran deyildi.

* * * * * * * *
Mollaya xəbər verirlər ki, qaynanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
— Sən mənim qaynanamı tanımazsan qardaş.
Dünyanın ən tərs avvadı idi.
Mütləq cəsədi də tərs tərəfə getmişdir...

* * * * * * * *
Molla Nəsrəddin eşşəyini şəhər bazarında satıb kəndə piyada qayıtmalı olur. Yolun uzaqlığı və qaranlığın düşməsi Mollanı büsbütün çaşdırır. O, bir də görür ki, yaşadığı kəndin kəndxudası atını karvansaradan çıxarıb evinə getməyə hazırlaşır. Molla ona yaxınlaşıb deyir:
─ Ay kəndxuda, zəhmət olmasa, mənim bu əbamı da al tərkinə, apar kəndə.
─ Özün niyə aparmırsan, a Molla?
─ Mən piyadayam.
─ Yaxşı, aparıb kənddə kimə verim?
─ Özümə.
─ Özünü hardan tapım?
─ Elə mən özüm də əbanın içində sənin tərkində olacağam da! Orada düşəndə verərsən özümə.

Şənbə  lətifələri

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz