» » Sosial müavinətlər haqqında

Sosial müavinətlər haqqında

Müəllif: Təsisçi от 10-12-2016, 00:00
Sosial müavinətlər haqqında

Sosial müavinətlər

1. Sosial müavinətlər nə deməkdir?
Sosial müavinətlər ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir
2. Sosial müavinat hansı müddətə təyin edilir?
Sosial müavinət aşağıdakı müddətlərə təyin edilir:
• dövlət qulluqçularına ömürlük, yaşa görə müavinət - ömürlük;
• əlilliyə görə müavinət-əlillik müddətinə;
• sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə;
• ailə başçısını itirməyə görə müavinət:
• vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
• vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə;
• vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.
• müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək;
• 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə;
• müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət:
• uşağın 16 yaşı tamam olan ayın sonunadək;
• ümumtəhsil məktəblərində əyani təhsil alanlara - 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox olmamaqla).

Sosial müavinətlər haqqında

• valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə;
• 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - uşağın bir yaşı tamam olan ayın
sonunadək.
3.Birdəfəlik müavinat növləri hansılardır?
• Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.
• Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
4. Uşağın anadan olmasına görə verilən müavinat hansı müddətə qədər ödənilir?
Yalnız bir dəfə uşaq anadan olanda ödənilir
5. Uşağın anadan olmasına görə birdəfəlik müavinat aldıqda hansı sənədlər tələb olunur?
Aşağıda göstərilən sənədlər tələb olunur:
• Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti;
• Uşağın doğum şəhadətnaməsinin surəti
• Nikah şəhadətnaməsinin surəti;
• Yaşayış yerindən ailə tərkibinə dair arayış.
Qeyd: Arayışda valideynlərin işləyib işləməməsi göstərilməlidir;
• Ailəyə məxsus torpaq üzərində hüquqları təsdiq edən sənəd;
Qeyd: Torpaq sahəsinə görə məcburi dövlət sosial sığortası ödənildikdə birdəfəlik müavinatı Sosial Müdafiə Fondu ödəyir, həmçinin valideynlər işləyirlərsə bu halda da müavinatı Fond ödəyir. Sosial Müdafiə Fondu torpaq sahəsinə dair məcburi dövlət sosial sığortası ödənilmədiyinə dair arayış
verərsə bu halda müavinatı Sosial Müdafiəsi Mərkəzi ödəyir, habelə valideynlər işsizdirsə o halda da müavinat Mərkəz tərəfindən ödənilir.
6. Sosial müavinat hansı hallarda təyin edilir?
• Yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
• Əlilliyə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda

Sosial müavinətlər haqqında

• Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda
• Ailə başçısını itirməyə görə müavinət:
• Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;
• Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə.
• Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda;
• 3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyət olduqda;
• Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət bəzi kateqoriya şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu almaq hüququ müəyyən edildikdə;
• Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) əyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda
• 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - ailənin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda;
• Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin radiasiya qəzası nəticəsində əlil olduğunu və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışı təqdim edildikdə;
• Uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə;
• Dəfn üçün müavinət şəxs vəfat etdikdə.

Sosial müavinətlər haqqında

Ünvanlı sosial yardım


1.Ünvanlı dövlət sosial yardımı kimlər üçün təyin olunur?
Sosial yardım yalnız aztəminatlı ailələr üçün təyin olunmalıdır
2.Sosial yardımı hansı ailələr ala bilərlər?
Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək abiliyyətli üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər.
3.Sosial yardım hansı müddətə təyin edilir?
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən, 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
4.Sosial yardım təyin olunduqda ailə tərkibində nəzərə alınmayan şəxslər kimlərdir?
• Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar və əlillər üçün internat evlərində, sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq xüsusi təhsil müəssisələrində yaşayanlar);
• Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
• Axtarışda olan şəxslər;
• Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
• Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla
5. Sosial yardım almaq üçün hansı sənədlər tələb edilir?
• Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin əsli və surəti
• Nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti
• Qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq (himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti
• Ailə üzvünün müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış
• Hər bir ailə üzvünün qazancı (əmək haqqı, pensiya, müavinət, təqaüd, aliment, kompensasiya, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, mülki-hüquqi müqavilə əsasında işləyənlərin qazancı və s.) barədə aidiyyəti orqanın arayışı;

Sosial müavinətlər haqqında
• Dövlət Sosial Sığorta Şəhadətnaməsi
• İş yerindən gəlir (istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərərə görə verilən ödənclər də daxil olmaqla) haqqında arayış;
• Ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti;
• ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisas və ya texniki peşə təhsili alması barədə təhsil müəssisəsindən arayış;
• ailə üzvləri tərəfindən əmlakın icarəyə (kirayəyə) verilməsi və ya icarəyə (kirayəyə) götürülməsi barədə müqavilənin surəti;
• məhkəmə tərəfindən ailə üzvünün itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmə qərarının surəti;
• ailə üzvünün axtarışda olması və ya olduğu yerin məlum olmaması barədə müvafiq orqanın arayışı;
• ailə üzvünün azadlıqdan məhrum edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı,
• ailə üzvünün tam dövlət təminatında olması barədə müvafiq xidmət müəssisəsinin arayışı.
6.Hansı halllarda sosial yardımın verilməsindən imtina olunur?
• Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə. Bu halda "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası
Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir;
• Yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı (1006 AZN) ödədikdə və yaxud alqı-satqı etdikdə;
• Ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla)
• Ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəliyi olduqda;
• Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxıla bilər).
Qeyd: Sosial yardımın təyin edilməsindən imtina edildiyi barədə komissiyanın qərarı çıxarıldığı vaxtdan 3 gündən gec olmayaraq sosial yardım verilməsindən imtina edilməsinin səbəbləri göstərilməklə ailəni təmsil edən şəxsə bildiriş verilir
7. Sosial yardım necə ödənilir?
Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə ödəniş müəssisələri (bank və ya rabitə şöbəsi) vasitəsilə ödənilir.

Sosial müavinətlər haqqında

 

Mənbə: http://transparency.az/alac/files/qanunlar.pdf

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz