» » Əmək pensiyası

Əmək pensiyası

Müəllif: Dəyanət от 14-11-2016, 06:00
Əmək pensiyası

VIII. Əmək pensiyası

Sual1: Yaşa görə əmək pensiyasına çıxdıqda sığorta stajı neçə il olmalıdır?
Cavab:Azı 12 il sığorta stajı olmalıdır
Sual2: Kişilər və qadınlar 12 il sığorta stajları olduqda hansı yaş həddində yaşa görə əmək pensiyasına çıxa bilərlər?
Cavab: 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Kişilər üçün yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək hər il altı
ay artırılır, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək
hər il altı ay artırılır.
Qeyd: Qanuna dəyişiklik edilmişdir.
Sual3: Neçə uşaqlı qadınlar yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdirlər?
Cavab: Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan
qadınlar müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası
hüququna malikdir
Sual 4: Sağlamlıq imkanları məhdud uşağı olan anaların yaşa görə əmək pensiyasına çıxmağa görə sığorta stajı neçə il olmalıdır?
Cavab: Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olmalıdır və anaların müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Sual: 5. Uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyasına çıxmağa görə sığorta stajı neçə il olmalıdır?
Cavab: Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olmalıdır və müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququna malikdir.
Sual6: Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün kişilərin və qadınlarin sığorta stajı neçə il olmalıdır ?
cavab: Kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
Sual7: Hansı işlərə görə güzəştli şərtlərlə kişilər və qadınlar əmək pensiyasına çıxmaq hüququna malikdirlər ?
Cavab: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları vardır.
Sual8: Əlilliyə görə əmək pensiyası nəyə görə təyin edilir?
Cavab: Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur
Sual 9: Hansı şərtlərə əlilliyə görə əmək pensiyası təyin edilir?
Cavab: Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
Sual10: Hərbi qulluqçulara əlilliyə görə pensiya hansı şərtlərlə təyin edilir?
Cavab: Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir.
Sual11: Əlilliyə görə əmək pensiyasının məbləği hər qrupa görə neçə faizl təşkil edir?
Cavab: Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza
hissəsinin məbləğinin I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi
(I qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), II qrup
əlillərə 100 faizi, III qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir.

Əmək pensiyası

Sual12: Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslər kimlərdir?
Cavab:
• Vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladları:
• Ata, ana, ər, arvad müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup
əlildirsə
• Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;
• Ata, ana, ər (arvad) pensiya yaşına — kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud I
və ya II qrup əlildirsə;
• Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad),
yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına
çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.
Sual13: Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği neçə faizlə hesablanır?
Cavab: Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş
uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir
ailə üzvü olduqda və pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək
pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə
əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.
Sual14: Əmək pensiyasının baza hissəsinə əlavələr necə hesablanır?
Cavab: Öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya
sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə
pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi
qulluqçular sırasından olan əmək pensiyaçılarına — ailənin əmək qabiliyyəti olmayan hər üzvü
üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində hesablanır
Sual15: I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək
pensiyasının baza hissəsi neçə faiz təşkil edir?
Cavab: I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün — yaşa görə
əmək pensiyasının baza hissəsinin 10 faizi məbləği təşkil edir
Sual16: Müharibə əlillərinin və müharibə iştirakçıları sırasından olan əlillərin yaşa görə əmək
pensiyalarının baza hissəsinə edilən əlavələr neçə faiz təşkil edir?
Cavab:
• I qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində;
• II qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində;
• III qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində.
Sual17: Böyük Vətən müharibəsi iştirakçılarının və əlillərinin əmək pensiyalarının baza hissəsinə
edilən əlavələr neçə faiz təşkil edir?
Cavab:
• Müharibə iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) — yaşa görə əmək pensiyasının baza
hissəsinin 50 faizi məbləğində;
• I qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 140 faizi məbləğində;
• II qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 110 faizi məbləğində;
• III qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 90 faizi məbləğində.
Sual18:Yaşa görə əmək pensiyası nə vaxt təyin edilir?
Cavab: Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun
yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.
Sual19: Əlilliyə görə əmək pensiyası nə vaxt təyin edilir?
Cavab: Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18
yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü
üçün müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük təyin edilir.
Sual20: Ailə başçısını itirməyə görə əmək pensiyası nə vaxt təyin edilir?
Cavab: Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə
başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən müəyyən edilmiş pensiya
yaşına çatmış şəxslərə ömürlük təyin edilir.
Sual21: Əmək pensiyasının bir növündən başqa növünə keçmə mümkündürmü?
Cavab: Bəli, mümkündür, belə ki, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə
əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünəkeçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə pensiyanın başqa növünə keçirilir.
Sual22: Əmək pensiyaçısı vəfat etdikdə alınmamış əmək pensiyası kimə ödənilir?
Cavab: Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
Sual23: Əmək pensiyaçısı vəfat etdikdə onu ailə üzvləri dəfn etmədikdə,dəfn müavinatı o halda kimlərə ödənilməlidir?
Cavab: Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət məhs onu dəfn edən şəxslərə ödənilir.
Sual24: Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına Azərbaycanda təyin edilmiş əmək pensiyası ödənilirmi?
Cavab: Bəli, ödənilir, belə ki, Azərbaycan Respublikasının vətəndaşlığını saxlamış şəxslərin xaricdə olduqları müddətdə onlara Azərbaycan Respublikasında təyin edilmiş əmək pensiyası arzularına əsasən Azərbaycan Respublikasının banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesabına
yaşadıqları digər dövlətlərə köçürülür.
Sual25: Xaricdə yaşayan və Azərbaycan vətəndaşlığından çıxan şəxslərin Azərbaycanda təyin edilmiş əmək pensiyası ödənilirmi?
Cavab: Azərbaycan Respublikası vətəndaşlığından çıxmış şəxslər xaricdə olduqları müddətdə onlara yalnız əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində təyin edilmiş pensiyalar ödənilir. Bu pensiyaların başqa dövlətlərə köçürülməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Sual26: Etibarnamə üzrə əmək pensiyası ödənilə bilərmi?
Cavab: Bəli, əmək pensiyası etibarnamə üzrə də ödənilə bilər.

Əmək pensiyası

Mənbə: http://transparency.az/alac/files/qanunlar.pdf

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz