» » Məhkəməyə müraciət qaydaları

Məhkəməyə müraciət qaydaları

I. Məhkəməyə müraciət qaydaları


Məhkəməyə müraciət qaydaları

1.Azərbaycan Respublikasının Məhkəmə sistemi hansı Məhkəmələrdən ibarətdir?

Azərbaycan Respublikasının məhkəmə sistemi Azərbaycan Respublikası Ali məhkəməsində,
Apellyasiya məhkəmələrindən, ümumi məhkəmələrdən və digər ixtisaslaşmış məhkəmələrdən
ibarətdir. AR-da Ədalət mühakiməsini AR-ın Məhkəmələri Qanunun Aliliyi prinsipinə uyğun
həyata keçirir. Azərbaycanda üçpilləli Məhkəmə sistemi fəaliyyət göstərir:
1) Birinci İnstansiya Məhkəmələri (rayon-şəhər məhkəmələri, İxtisaslaşmış məhkəmələr- inzibatiiqtisadi
məhkəmələr, hərbi məhkəmələr, ağır cinayətlərə dair işlər üzrə məhkəmə)
2) Apellyasiya İnstansiyası Məhkəmələri
3) Kassasiya İnstansiyası Məhkəməsi.

2. Birinci İnstansiya Məhkəmələri hansılardır?

Birinci İnstansiya məhkəmələri İlkin məhkəmə orqanlarıdır. Birinci İnstansiya məhkəmələrinə
Rayon ( Şəhər) məhkəmələri, hərbi məhkəmələr, yerli iqtisad məhkəmələri və ağır cinayətlərə dair
işlər üzrə məhkəmələr daxildirlər.

3. Rayon (Şəhər) məhkəmələrinin fəaliyyətləri nədən ibarətdir?

Rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə onlara həvalə edilmiş
Mülki və cinayət işlərinə, o cümlədən inzibati xətarala dair işlərə baxır.
Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii
ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər
mübahislərdən irəli gələn işlərə baxırlar.
Belə ki, ilkin olaraq yuxarıda göstərilən sahələrə aid hüquqlarının pozulması onların müdafiəsi və
bərpası üçün şəxs, Rayon (Şəhər) Məhkəmələrinə müraciət etməlidir.

4. Məhkəməyə müraciət qaydası necədir, İddia Ərizəsində nələr göstərilməlidir?

Məhkəməyə müraciət qaydaları


Məhkəməyə müraciət etmək istəyən şəxs "İddia Ərizəsi” yazmalı və İşin hallarını əsaslandırdığı
sübutları (sənədləri) həmin İddia Ərizəsinə əlavə etməli. Qeyd etmək istərdim ki, Məhkəməyə ya
sənədlərin əsli, ya da Notariat qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. İddia Ərizəsi
formaca Təsviri, Əsaslandırıcı və Nəticə ( Xahiş) hissəsindən ibarət olmalıdır. Təsviri hissədə şəxs
yaranmış hüquqi mübahisə barədə qısa, aydın formada yazılmış məlumatlar göstərilməlidir.
Əsasladırıcı hissədə Şəxs özünün əsas olaraq istinad etdiyi hüquqi normativ aktları, şəxsin əlində
olan digər sübutları göstərməyi tövsiyyə olunur. Nəticə və ya Xahiş hissəsində isə Şəxsin Məhkəmə
tərəfindən hansı hüququnun müdafiəsi, bərpası və ya tanınması ilə bağlı olan Xahiş
yerləşdirilməlidir.

Qeyd:
İddia Ərzisində aşağıdakı məlumatlar mütləq yerləşdirilməlidir:
1) Ərizənin verildiyi Məhkəmənin adı
2) İşdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları
3) İddiaçının və ya ərizəçinin tələbi, tələbin əsaslandığı hallar
4) Ərizəyə əlavə edilən sənədlərin siyahısı

5.Məhkəməyə müraciət etmək üçün nə qədər dövlət rüsumu ödənilməlidir?

Qeyd edim ki, Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən Məhkəməyə müraciət etmək
üçün ödənilməli olan Dövlət rüsumları İddia Predmetinin dəyərindən asılı olaraq dəyişir. Belə ki,
İddia Predmetinin dəyəri 110 manatdan artıq olduqda müvafiq məhkəmənin hesabına 20 manat
məbləğində, İddia predmetinin dəyəri 110 manatdan aşağı olduqda və digər bütün hallarda isə 3
manat məbləğindədir. Xüsusilə qeyd etmək istərdim ki, Alimentin tutulmasına ( artırılmasına),
əmək fəaliyyəti ilə bağlı məsələlərə, müəlliflik mübahisələri üzrə olan məsələlərdə, istehlakçı
hüquqlarının pozulması ilə bağlı olan məsələlərə və digər məsələlər dair olan məhkəmə
mübahisələri üçün dövlət rüsumu ödənilmir.

6. Məhkəmədə işə baxılma müddətləri, şikayət müddətləri nə qədərdir?

Məhkəməyə müraciət qaydaları

İddia ərizisi, məhkəmə onun daxil olmasında 2 həftə ərzində qaytarmayıbsa və ya onu qəbul
etməkdən imtina etməyibsə qəbul edilmiş sayılır. Ümumi İddia icraatında məhkəməyə Ərizə təqdim
edildikdən sonra 3 ay müddətində həmin işə məhkəmə tərəfindən baxılmalı, aiddiyyatı üzrə
Qətnamə və ya Qərardad çıxarılmalıdır. Qətnamə açıq məhkəmə iclasında tərəflərə oxunur və
Qətnamədən Çıxarış təqdim olunur. 3 gün ərzində isə Qətnamə tam formada tərəflərə verilir.
Qətnaməni almış tərəflər aldığı gündən sonrakı 1 ay müddətində Apellyasiya Məhkəməsinə
müraciət etmək hüquqları vardır. Əgər tərəflərdən heç biri 1 ay müddətində Apelyyasiya Şikayəti
verməmişlərsə onda Qətnamə Qanunu Qüvvəyə minir və İcraata yönəlir.

7. Apellyasiya məhkəməsinin fəaliyyəti nədən ibarətdir, hansı müddətdə işə baxılır və necə
müraciət edilir?


Birinci İnstansiya məhkəməsinin Qətnaməsini tərəf rəsmi şəkildə aldıqdan sonra 1 ay müddətində,
Qərardandan isə 10 gün müddətində Apellyasiya Şikayəti yazmaqla Apellyasiya məhkəməsinə
müraciət etməlidir. Apellyasiya məhkəməsinin daxil olmuş Şikayət əsasında Məhkəmə işinə baxma
müddəti 3 aydır. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Qətnaməsini Ləğv edə,
Qismən Ləğv edə və ya Qüvvədə saxlaya bilər. Apellyasiya Qətnaməsi qəbul olunduqdan sonra,
tərəflər Apellyasiya Qətnaməsini aldıqdan sonra 2 ay müddətində Kassasiya Şikayəti verməklə
Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüquqları vardır. Əgər bu müddət
ərzində Kassasiya Şikayəti verilməmişdirsə, o zaman Apellyasiya məhkəməsini çıxardığı Qətnamə
Qanunu Qüvvəyə minir və İcraya yönəldilir.

8. Kassasiya İnstansiyasına necə müraciət edilir, hansı müddətdə işə baxılır?

Apellyasiya Məhkəməsinin Qətnaməsindən qanunla göstərilmiş müddət ərzində ( 2 ay ) Kassasiya
şikayəti verildikdə Ali Məhkəmə işə 2 ay ərzində baxır və Yekun Qərar çıxarılır və bu qərar qəbul
edildiyi gündən 1 ay müddətinə məktub vasitəsilə tərəflərə göndərilir. Ali Məhkəmə Apellyasiya
məhkəməsinin qətnaməsini Ləğv edə, Qismən Ləğv edə və ya Qüvvədə saxlaya bilər. Əgər
Apellyasiya məhkəməsinin Qətnaməsi Ali Məhkəmə tərəfindən Ləğv edilərsə o zaman işə yenidən
baxılması üçün Apellyasiya məhkəməsinə göndərilir. Ali Məhkəmənin Yekun Qərarından Ali
Məhkəmənin Plenumuna Şikayət, təqdimat və protest 2 ay müddətində verilə bilər.
Qeyd: əgər şəxs ölkə daxili məhkəmələrdə işinə düzgün, ədalətli və Qanunun Aliliyi prinsipinə
uyğun baxılmadığını, o cümlədən əgər şəxsin İnsan Hüquqları Konvensiyasında göstərilmiş
hüquqlarından birinin pozulduğunu hesab edərsə, o zaman Azərbaycan Respublikası Ali
Məhkəməsinin Yekun Qərarını Rəsmi şəkildə əldə etdikdən 6 ay müddətində Avropa İnsan
Hüquqları Məhkəməsinə Müraciət edə bilər.

Məhkəməyə müraciət qaydaları

Məhkəmə Qərarlarını icrası


1. Məhkəmə Qərarları nə vaxt icraya yönləndirilir?

Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş qaydada və müəyyən edilmiş müddət
ərzində Məhkəmə prosesi yekunlaşdıqdan, yəni Məhkəmə baxdığı işlə bağlı Qərar qəbul etdikdən
sonra həmin qərardan yuxarı Məhkəmə orqanına qanunvericliklə müəyyən edilmiş vaxt ərzində
şikayət edilmədiyi təqdirdə Qərar Qüvvəyə minmiş hesab edilir və İcraya yönəldilir. Məhkəmə
qərarlarının İcrası fəaliyyəti bir başa olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcraçılar
Baş idarəsinə həvalə olunur. Belə ki, Qətnamə hüquqi hərəkətin baş verməli yer üzrə icra
olunmalıdır.

2. İcra Hansı Qaydada Həyata keçirilir?

Ədliyyə Nazirliyi İcra baş idarəsinin hər bir Rayon(şəhər) üzrə İcra şöbələri fəaliyyət
göstərməkdədirlər. Məhkəmə Qərarlarının icrası həmin şöbələrin əməkdaşlarından birinə, daha
doğrusu İcra Məmuruna həvalə edilir. Azərbaycan Respublikası adından çıxan Qərarların icrası
öhdələyini İcra Məmuru və onun aid olduğu orqan daşıyır. O cümlədən Məhkəmənin Qərarı ilə
Qərarın İcrası Qərarda adı göstərilən digər dövlət orqanlarına və təşkilatlara tapşırıla bilər. Yəni
Məhkəmə işinin mahiyyətindən asılı olaraq Qərar ilə edilməli olan hərəkət həmin funksiyanı yerinə
yetirən orqana və ya təşkilata tapşırılır. Məhkəmə qərarı icraya yönləndirmək üçün qərarı çıxaran
hakim İcra sənədi hazırlayıb aidiyyatı üzrə İcra məmuruna və ya icranı həyata keçirən digər orqana,
təşkilata göndərməlidir.

3.Məhkəmə Qərarı hansı müddətə həll olunmalıdır?

İcra sənədi almış İcra məmuru və ya Orqan təşkilatlar 2 ay ərzində Qərarı icra etməlidirlər.
Müstəsna hallarda İcra sənədində göstərilən halların icra olunması üçün icra qurumun rəhbərinin
təqdimatı əsasında icra xidmətinin rəhbəri ( Baş İcra məmuru ) tərəfindən 1 ay müdətinədək uzadıla
bilər.

4. Məhkəmə Qərarlarının icrası qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirilməsə
hansı orqana müraciət etmək olar?

Məhkəmə qərarlarının icrası zamanı yaranan problemlərlə bağlı tərəf Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi İcra baş idarəsinə, habelə İcranı həyata keçirməli olan orqan və ya təşkilatın
Yuxarı qurumuna Qətnamənin İcrasının həyata keçirilməsi Tələbi ilə bağlı Şikayət Ərizəsi ilə
müraciət edə bilər. Azərbaycan Respublikasının adından çıxan Qərarların icrası Məcburidir və bu
yalnız Yuxarı Məhkəmə orqanın həmin qərarı ləğv etməsi ilə dayandırıla bilər. Xüsusilə qeyd etmək
istəyirəm ki, Məhkəmə Qərarlarını icra etməməyə və Məhməkə Qərarlarının icrasına mane olmağa
görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq Maddələrinə əsasən Məsuliyyət
nəzərdə tutulmuşdur.

Qeyd: Məhkəmə qərarlarının icrası zamanı tərəflərdən birinə maddi ziyan vurulması halı aşkar
edilərsə o zaman həmin maddi ziyan vurulmuş tərəf Məhkəmədə İcranı həyata keçirən orqana qarşı
Maddi tələblə bağlı İddia qaldırmaq hüququna malikdir.

Məhkəməyə müraciət qaydaları
Mənbə: http://transparency.az/alac/files/qanunlar.pdf

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz