» » Müəllimlərin maaş artımı təsdiqləndi - CƏDVƏL

Müəllimlərin maaş artımı təsdiqləndi - CƏDVƏL

Müəllif: Dəyanət от 18-10-2016, 09:08


Müəllimlərin maaş artımı təsdiqləndi - CƏDVƏL 

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin  Qərarı
Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" 2016-cı il 17 mart tarixli 1911 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə və "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRARA ALIR:

1. "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi" təsdiq edilsin (1 nömrəli əlavə).

Müəllimlərin maaş artımı təsdiqləndi - CƏDVƏL

2. "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi" təsdiq edilsin (2 nömrəli əlavə).

Müəllimlərin maaş artımı təsdiqləndi - CƏDVƏL

3. "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr" təsdiq edilsin (3 nömrəli əlavə).

Müəllimlərin maaş artımı təsdiqləndi - CƏDVƏL

4. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyən edilsin.
5. Bu qərar 2016-cı il 1 aprel tarixindən qüvvəyə minir.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 11 iyul 2016-cı il
№ 270

Müəllimlərin maaş artımı təsdiqləndi - CƏDVƏL


Mənbə: http://edu.gov.az/az/page/303/12789

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz