» » "Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçm

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçm

Müəllif: Dəyanət от 11-12-2021, 14:19

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçm

Yaş həddi ilə bağlı dəyişikliyi misallar üzərində nəzərdən keçirək. Əmək Məcələsinə görə, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin 65 yaşından sonra (elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələrindən başqa) əmək müqaviləsinin artırılması işəgötürənin səlahiyyətlərindədir. Yəni, işəgötürən istəsə, həmin işçini işdən çıxara da bilər, çıxarmaya da. Bundan əlavə, uzadılma bir il olmaqla, ümumi uzadılmaya 5 ildən artıq yol verilmir.

Tutaq ki, işçi orta məktəbdə müəllim işləyir və 65 yaşı tamam olub. Bu halda onun işləyib-işləməsi ilk növbədə öz razılığı ilə aparılır. Əgər işçi işləməyə razılarşasa, əmək müqaviləsi 1 il uzadıla bilər. Təhsil müəssisəsi rayon təhsil idarəsinə tabe olduğundan həmin şöbənin müvafiq əmri ilə onun əmək müqaviləsi 1 il artırılır. Hər il bu proses davam etdirilir. "İnzibati oraqanların təsnifatı haqqında” Nazirlər Kabinetinin qərarına əsasən, Təhsil Nazirliyi və onun rayon şöbələri mərkəzi icra hakimiyyəti orqanına aid olunub. Ona görə də rayon təhsil idarəsinin müdiri bunu uzada bilər. Qeyd olunduğu kimi bu proses işçinin 70 yaşına kimi davam etdirilir.

Misalımızı bütün büdcədən maliyyələşən təşkilatlara şamil etmək olar, ancaq elmi-tədqiqat və ali təhsil müəssisələrindən başqa.

Bəs, işçi 70 yaşından sonra nə etməlidir, o həmin müssisədə işləyə bilərmi, yoxsa işdən azad olunmalıdır?
Bu sualın cavabını büdcədən maliy­yələşdirilən işçilərin ayrıldığı 4 kateqoriya üzrə cavablandıraq:

- Elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələrində çalışanlar. Onlara ümumiyyətlə, yaş həddi tətbiq olunmur.
Belə işçilər fəaliyyətlərini davam etdirə bilərlər.

- Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrində çalışan işçilər
(70 yaşına çatmış və xüsusi xidmətləri olmayan işçilər).
Belə işçilər işdən azad olunurlar və onlarla bağlanmış əmək müqaviləsinə xitam verilir.

- Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrində çalışın işçilər (70 yaşına çatmış və xüsusi xidmətləri olan işçilər).
Belə işçilər xüsusi xidmətləri olduğundan əmək müqaviləsi onların razılığı ilə işəgötürən tərəfindən uzadıla bilər. Bir incəliyi qeyd edim ki, belə uzatmanı ilk növbədə işəgötürən istəməlidir və sonradan işçi ilə razılaşdırmalıdır.

- Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrində çalışmayan, digər büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilər.
Artıq bu işçilər də 70 yaşından sonra işdən azad olunurlar və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilir.

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçm
Mənbə:"Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.