» » İstehlakçıların nəzərinə!

İstehlakçıların nəzərinə!

İstehlakçıların nəzərinə!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” təsdiq edilmişdir. Həmin qaydalara əsasən hüquqi və fiziki şəxslər ticarət şəbəkəsində malların satışı zamanı bir sıra tələblərə əməl etməyə borcludur. İstehlakçı olaraq parça, xəz, trikotaj, tikiş malları və ayaqqabı alarkən həmin tələblərə əməl edilməsinə, o cümlədən seçim və məlumat alma hüquqlarınızın təmin edilməsi üçün aşağıdakılara diqqət edin:

- satışa təqdim olunan parça, xəz, trikotaj, tikiş mallarının və ayaqqabıların növlər, modellər, ölçülər üzrə qruplaşdırılmasına və ticarət zalında ayrı-ayrı yerləşdirilməsinə;

- satışda olan parça və xəz məmulatlarının tərkibi (istifadə olunan liflərin xarakteristikası, faizi, növü, ölçüsü) barədə məlumatların malların üzərindəki etiketlərdə aydın şəkildə göstərilməsinə;

- malların alınması zamanı onların geyilib baxılması üçün müvafiq şərait yaradılmasına;

- malların keyfiyyətini (vizual müşahidə), ölçünün dəqiqliyini (miqdarını) və alış dəyərinin düzgün hesablanmasının yoxlamasına;

- malla birlikdə malın və satıcının adını, satış tarixini, qiymətini, həmçinin əmtəə çekinin verilməsinə;

- malların qablaşdırılmış şəkildə verilməsinə və qablaşdırılmaya görə əlavə haqq alınmamasına.

Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).

Antiinhisar Siyasəti və İstehlakçıların

Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz