» » Şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsi, sinifdən-sinfə keçirilməsi qaydaları

Şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsi, sinifdən-sinfə keçirilməsi qaydaları

 
Şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsi, sinifdən-sinfə keçirilməsi qaydaları

"Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 noyabr 2014-cü il tarixli, 1/3 nömrəli
Kollegiya Qərarı ilə təsdiq edilmişdir.

• Bununla belə, həmin qaydalardakı bir sıra məsələlərlə bağlı yerli təhsili idarəetmə orqanlarına Təhsil Nazirliyinin 19 fevral 2015-ci il tarixli, 46-14-1127/16 nömrəli təlimatı məktub göndərilmişdir.

Məktəbə qəbul

• Məktəblərə uşaqların (şagirdlərin) kütləvi qəbulu I və X siniflər üzrə aparılır.
• Məktəbin I və X siniflərinə uşaq (şagird) qəbul etmək imkanları (Nümunəvi Nizamnamənin 2.6-2.6-2-ci bəndləri nəzərə alınaraq müəllimlərin və siniflərin sayı), iş rejimi, xarici dillər haqqında, sənədlərin qəbulu günləri və saatları, sənədləri qəbul edən şəxsin adı, soyadı, iş telefonu və digər məlumatlar məktəbin əsas girişinin qarşısında yerləşdirilir.
Uşaqların I sinfə qəbulu hər tədris ilinin ikinci yarımilinin əvvəlindən (fevral ayının 1-
dən) başlayaraq həyata keçirilir.

• Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbulundan imtinaya səbəb ola bilməz.
• Məktəbəhazırlıq mərhələsini keçmiş uşaqların sayı 20 nəfər olduqda onlar ayrıca siniflərdə komplektləşdirilirlər.
• Hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinfə qəbul edilirlər.

I-IX sinif şagirdlərinin ölkə daxilində yerdəyişməsi

• Övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir.
• Ərizəyə şagirdin yarımillik və illik qiymət cədvəli əlavə edilir. Məktəbin direktoru 2 iş günü müddətində şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. Şagirdin şəxsi işi həmin arayış əsasında yeni təhsil alacağı məktəbə verilir və hər iki məktəb tərəfindən əmrləşdirilir.

X-XI sinif şagirdlərinin ölkə daxilində yerdəyişməsi
Məcburi köçkün məktəblərinə qəbul və yerdəyişmə

X-XI sinif şagirdlərinin yerdəyişməsinə aşağıdakı hallarda icazə verilir:
• ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə;
• lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində tətbiq edilən tədris proqramlarının mənimsənilməsi mümkün olmadıqda.
• Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə qəbuluna, habelə yerli məktəblərdə təhsil alan məcburi köçkün olmayan şagirdlərin
məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilmir.
• Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə qəbuluna və yerdəyişməsinə yalnız yaşadıqları ərazidən ən azı 2 km məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.
Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin ərizəsi əsasında verilir. Məktəbi xəbərdar etmədən xaricə gedən şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla o, şagird kontingentindən xaric edilir. Həmin şagird 4 aydan çox olmayan müddətdən sonra məktəbə qayıdırsa, onun getdiyi sinfə qəbuluna icazə verilir.

Şagirdlərin ölkədən xaricə getməsi
Şagirdlərin xarici ölkələrdən Azərbaycana yerdəyişməsi

• I – IX siniflərdə təhsil alan şagirdlərin valideynləri övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli əlavə olunmaqla şagirdin müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur.
• Azərbaycan Respublikasına gələnədək ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin X sinfinə qəbul edilir. Əks təqdirdə şagirdin müvafiq məktəbin X sinfinə qəbulundan imtina edilir.

Şagirdlərin xarici ölkələrdən Azərbaycana yerdəyişməsi

Təhsil sənədləri olmadıqda və ya təqdim edilmiş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda

• I-XI siniflərdə oxuması iddia olunan şagirdlərin hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır.
• Komissiyanın rəyi əsasında şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır.
Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda, şagirdlər tədris Azərbaycan dilində olan siniflərə qəbul edilirlər. Həmin şagirdlərin tədris dilini dəyişməsinə valideynin ərizəsinə əsasən məktəbdə baxılır;
• Tədris rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir.

Şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsi, sinifdən-sinfə keçirilməsi qaydaları

Mənbə:http://www.edu.gov.az/upload/file/teqdimat/2016/17.pdf

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz