» » Elektron imza nədir?

Elektron imza nədir?

Müəllif: Dəyanət от 31-07-2017, 00:20

Elektron imza nədir?

Bəşər sivilizasiyası yarandıqdan bu dövrə qədər uzun bir tarixi inkişaf mərhələsi keçib. Hələ ən qədim dövrlərdən əl hərəkətləri ilə, müxtəlif səs işarələri ilə bir-birinə informasiya çatdıran insan övladı bu uzun tarixi inkişaf dövründə informasiyanın işıq sürətindən də tez çatdırılması mərhələsindədir. Bu mərhələdə çeviklik, vaxta qənaət, uzaq məsafədən proseslərin idarə olunma imkanları əsrin nəbzini tutmağın danılmaz amillərindəndir.

Qısa zaman kəsiyində respublikamızda iqtisadiyyatın inkişafı, texnoloji yeniliklərin tətbiqi, cəmiyyətin demokratikləşməsi, əhalinin rifahının yüksəldilməsi və sair istiqamətlərdə məqsədyönlü işlər aparılır. İcra edilən işlər, həyata keçirilən layihələr arasında E-imza, "Elektron hökumət” layihəsi ölkəmizdə innovasiyalar sırasındadır.

Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada informasiya təhlükəsizliyi məsələsi getdikcə daha vacib məsələ kimi ortaya çıxıb. Məlumat mübadiləsi zamanı ötürülən informasiyanın təhlükəsizliyinin qorunması çox mühüm məsələdir. Dövlət orqanları ilə müxtəlif əməliyyatlar həyata keçirərkən vətəndaşların şəxsi məlumatlarını üçüncü tərəfin ələ keçirməməsi üçün təhlükəsiz şəbəkələr getdikcə daha çox yayılır. Bundan başqa elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin müəyyən edilə bilməsi də təhlükəsizlik qədər vacib məsələdir. Bütün qeyd olunanlar isə elektron imzanın zəruriliyini ortaya çıxarır.

Elektron imza nədir?

E-imza elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. E-imzanın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması, informasiyanın təsdiq edilməsi və 3-cü tərəfə bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır.

E-imza kartının dörd əsas atributu var:

- Tamlıq

- Sənədi göndərən şəxsin sənədi inkar edə bilməməsi

- Sənədi qəbul edən şəxsin sənədi inkar edə bilməməsi

- Məxfilik

Vaxta qənaət, məxfilik, rahatlıq

Elektron imza nədir?

E-imza kartından bütün vətəndaşlar, fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları istifadə edə bilər.

Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik (məsuliyyətdən yayınmanın mümkünsüzlüyü), işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər.

Bir sözlə, elektron imza dövrün tələbləri sırasında informasiya cəmiyyətinin vacib elementlərindən birinə çevrilməkdədir.

Elektron imza - elektron kargüzarlığın açarı

Elektron imza kargüzarlıq proseduralarının elektronlaşdırılması və bununla bağlı kağız əməliyyatlarının ləğv edilməsi və minimallaşdırılması işlərində açar rolunu oynayır. On il bundan əvvəl kargüzarlıq dedikdə, üst-üstə qalaqlanmış, hər an təhlükəsizliyi üçün narahat olduğumuz sənəd işi başa düşülürdü və adi sənəd mübadiləsi üçün on gün və ya aylarla vaxt tələb olunurdu. Hər şeyin sürətlə inkişaf etdiyi XXI əsrdə artıq dövrün tələblərini bu standartlarla ödəmək mümkün deyil. Elektron imza vasitəsilə həm işimizdə rahatlığımızı təmin edə, həm də narahatlıq yaşamadan uğur yolunu pillə-pillə qalxa bilərik.

 

Elektron imzanın səmərəliliyi

Elektron imza vətəndaş-hökumət, hökumət-vətəndaş, biznes-hökumət, hökumət-biznes arasında elektron informasiya münasibətlərini təmin edir. Elektron imzadan istifadənin səmərəliliyini qısaca olaraq aşağıdakı kimi şərh etmək mümkündür:

- Elektron sənəd dövriyyəsi və təhlükəsizlik

- Kağız əməliyyatlarının ləğvi

- Sənədlərlə iş prosesində şəffaflıq

- Eyni sənədlə istənilən sayda istifadəçinin işləmə imkanı

- Hesabatların hazırlanmasında avtomatlaşdırma

- Sənəd arxivləri işinin səmərəli təşkili

- İdarəetmə effektivliyinin yüksəldilməsi

Bir sözlə, elektron imza elektron sənəd mübadiləsində ən səmərəli vasitədir. Elektron imza virtual məkanda sənəd mübadiləsi iştirakçılarının şəxsiyyətini müəyyən edir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.

Elektron imza nədir?
Elektron imzanı necə əldə etmək olar?

Ölkədə iyulun 1-nə qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 19239 ədəd təşkil edib. Dövlət qurumlarına 13034 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 1004-ə çatıb. Vətəndaşlar isə 5201 sertifikat əldə ediblər.

Elektron imza kartları və sertifikatları üçün müştəri ərizələrinin toplanılması, sertifikatların, kartların və ərizələrin emal statusu haqqında sorğulara baxılması prosesi qeydiyyat mərkəzlərində yerinə yetirilir. Bununla yanaşı, hər bir vətəndaş asanlıqla istənilən yerdən internet vasitəsi ilə "e-imza.az” saytından sertifikat almaq üçün onlayn rejimdə müraciət edə və ödəniş apara bilər.

Hazırda elektron imzanın qiyməti əhali üçün 18 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 36 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün 72 manat müəyyən olunub. Dövlət strukturları üçün elektron imzanın qiyməti isə 80 manat təşkil edir.

Elektron imza sertifikatının fəaliyyət müddəti nə qədərdir?

Verilən sertifikat üçün fəaliyyət müddəti müəyyən edilir. Hazırda qanunvericiliyə əsasən sertifikatın fəaliyyət müddəti 3 ildir. Bu müddət bitəndə imza sahibinin istəyinə əsasən ona yeni sertifikat verilir. Sertifikatın tətbiq sahəsi qanunvericiliyə əsasən tələb olunan sənədlər əsasında sertifikata daxil edilmiş informasiyadan birbaşa asılıdır. Bu sənəd nə qədər çox informasiya təşkil edirsə, onun faydalı fəaliyyət müddəti də bir o qədər az olur. Bu, onunla əlaqədardır ki, informasiya dəyişə bilər və onun sahibinə köhnə sertifikatın fəaliyyət müddəti bitənə qədər yenisini vermək lazım gələcək. Bundan əlavə, sertifikatda olan istənilən informasiya ümumaçıq olur. Beləliklə, aydın olur ki, sertifikata mümkün olduqca az informasiya daxil etmək lazımdır. Sertifikatın ləğv edilməsi sertifikatlaşdırma prosesinin tərkib hissəsi hesab edilir. Sertifikatın müddəti bitənə qədər onun ləğv edilməsi üçün bir çox səbəblər mövcuddur. Məsələn, onun sahibi iş yerini dəyişmiş və ya elektron imza kartını itirmişsə, бelə hallarda sertifikatı təcili olaraq ləğv etmək lazımdır. Əsas məqsəd onu təsadüfi istifadədən və ya pisniyyətlilərdən qorumaqdan ibarətdir.

Elektron imza nədir?

Mənbə:http://www.rabita.az/az/c-media/xeberler/details/366

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 30.09.2017
  • Status: offline
  • Şərhləri: 22
  • Məqalələri: 0
^
Есть уже в интеренете российский кинофильм Крым. классный, искренний, нужно поглядеть всей семьёй, во гиперссылка смотреть фильмец КРЫМ ЗДЕСЬ

--------------------
  • Нравится
  • 0