» » 10 iyul Dünya Hüquq Günüdür

10 iyul Dünya Hüquq Günüdür

 

Bu gün bütün dünyada Dünya Hüquq Günü kimi qeyd edilməkdədir. Günün rəsmi oaraq qəbul edilməsi isə keçən əsrin 70-ci illətinə təsadüf edir. 10 iyul 1967-ci ilə kimi, artıq "Hüquq yolu ilə dünya sülhü" adlı 2 konfrans keçirilmişdi. 10 iyul 1967-ci ildə isə Cenevrədə 3-cü konfrans keçirilir və bu tarixdən bşlayaraq, hər il 10 iyul Dünya Hüquq Günü olaraq qeyd edilməyə başladı.
Bu gün münasibəti ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını, akademiya və universitetlərdə hüquq sahəsi üzrə fəaliyyət göstərən müəllim və elm adamlarını təbrik edirik.
"Ana və Uşaq”
10 iyul  Dünya Hüquq Günüdür

Hüquq nədir?

(İxtisarla)

Cəmiyyətin ümümi yararını təmin etmək üçün qoyulan və ictimai güc ilə dəstəklənən qaidə, haqq və qanunların bütünüdür. Fərdlərin bir-biri ilə, cəmiyyətlə və dövlətlə münasibətlərini yoluna qoyar. Qısaca, "Cəmiyyət hakimiyyəti ilə təmin edilən nizam” dır, deyə bilərik. Hüquq normaları, mövcud olduğu cəmiyyətin dəyər mühakimələrini daşıyar. Buna görə, insanın davranışlarına nəzarət edər. Hər kəs üçün doğru olanı məqsəd qoyar amma heç bir zaman ümumi-keçərli olmamışdır. Hər zaman müzakirə olunmuş, zaman içində çox fərqli şəkillərdə qəbul edilmişdir.
Qəti gerçəklərə deyil, mövcud anlayışa söykəndiyi deyilə bilər. Nisbi olduğunu: müxtəlif hüquqi nizamlardan, mühakimə etmə quruluşundan, milyonlarla məhkəmə faylından anlaya bilərik. Onsuz da, ümumi keçərli bir hüquqi baza olsaydı, məhkəmələr olmazdı. Vəkillər isə faydalı işlərlə məşğul olmaq məcburiyyətində qalardı. Hüquq: əxlaq, din və adət-ənənə kimi cəmiyyəti tənzimləyici qaydalardandır. Yalnız dövlət tərəfindən qorunmaya alınmağı və cəbri sanksiyalara sahib olması ilə bunlardan ayrılır.
Din qaydaları: İnsanın tanrı ilə münasibətini nizamladığı kimi, fərdlər arası və fərd-toplum münasibətlərinə də təsir edir. Dini qaydalar: mütləq riayət edilməyi lazım olan, dəyişkən olmayan qaydalardır. Sanksiyası, mənəvidir.
Əxlaq qaydaları: İnsanın özünə və başqalarına qarşı məsuliyyətləridir. Qınamaq, ayıblamaq, təcrid edilmək kimi sanksiyalara malikdir.
Ədəb qaydaları: Cəmiyyətdə riayət edilməsi lazım olan hörmət və incəlik qaydalarıdır. Yazılı deyil. Sanksiyası, mənəvidir. Cinayət təşkil etməz, ancaq qınamaq, ayıblamaq kimi sanksiyaları vardır.

Hüquq anlayışının növləri:

1. Pozitiv (müsbət ) hüquq: Ölkədə qüvvədə olan yazılı və ya yazısız hüquq qaydalarının bütünüdür. Konstitusiya, qanun, nizamnamə, məhkəmə ictihadları olduğu kimi, ənənə və adətlər də bu çərçivədədir.
2. Qanunvericilik ( məktub) hüququ: Ölkədə, müəyyən bir dövrdə qüvvədə olan hüquq qaydalarının sadəcə yazılı olanlarıdır. Qanun, qanun hökmündə qərarnamə, nizamnamə kimi qaydalar qanunvericilik adını alır.
3. İdeal ( təbii) hüquq: Ədaləti ən uyğun şəkildə qarşılayacağı düşünülən hüquq növüdür. Ən mükəmməl, ideala uyğun olan hüququ təmin etməyə çalışır.
4. Tarixi hüquq: Keçmişdə tətbiq olunan və hal-hazırda praktikada olmayan hüquq qaydalarıdır.
5. Obyektiv hüquq: Cəmiyyət həyatında tətbiq olunması zəruri olan qaydalardır.
6. Subyektiv hüquq: Şəxslərlə bağlı, subyektə aid qaydalardır.

Hüquq qaydalarının növləri:

1. Əmredici hüquq qaydaları: Uyulmağı məcburi olanlardır. Konstitusiya, nizamnamə, istiqamətvericilik kimi cəmiyyətin ümumisini düşünür və ümumi əxlaqa istiqamətlidir.
2. Tamamlayıcı hüquq qaydaları: Ortaya çıxan boşluqları dolduran qaydalardır. Bir müqavilədə, faiz nisbəti müəyyən olunmamış isə, qanuni faiz nisbətləri keçərlidir. Bu, tamamlayıcı bir qaydadır.
3. Təsviri hüquq qaydaları: Hüquqi bir anlayışın təsvirini edərlər. Bir terminin qanuni tənzimləmə baxımından nə anlama gəldiyi göstərilir. Təsviredici qaydalarla qanunvericinin iradəsi ifadə edilir. Təsviredici qaydalarla ifadə edilən anlayışların əksi iddia edilə bilməz.
4. Şərhçi hüquq qaydaları: Tərəflərin iradələri ilə açıq şəkildə ifadə edə biləcəkləri halda, ifadə edə bilmədikləri, bir mövzunun aydınlığa qovuşdurulmasını və ya bəyan və ya hərəkətin ixtilaf halında nə anlama gələcəyini göstərən qaydalardır.

10 iyul  Dünya Hüquq Günüdür

Hüququn  keçərli olması qaydaları

Hüquq qaydalarının da qaydaları vardır. Filosoflar tərəfindən, müxtəlif şəkildə ifadə edilmiş, hüququn ümümi bir formasına çatılmağa çalışılmışdır. 20-ci əsr hüquqçularından olan Lon Fuller belə bir sıralama edib:

1. Qanunlar ümüumi olmalıdır.
2. Qanunlar, vətəndaşların bağlı olacaqları standartları bilməklərinə imkan vermə üzrə elan edilməlidir.
3. Keçmişə doğru gedən qaydalar və tətbiqlər, minimuma endirilməlidir.
4. Qaydalar, anlaşıla bilən olmalıdır.
5. Qaydalar, bir-bir ilə ziddiyyət təşkil etməməlidir.
6. Qaydalar, xitab etdikləri insanlardan, qabiliyyətlərini aşan davranışlar ehtiva etməməlidir.
7. Qaydalar, nisbətən sabit olmalıdır. ( Tez-tez dəyişdirilməməlidir )
8. Elan edilən qanunlarla, onların feli şəkildə tətbiq olunmağı arasında bir uyğunluq olmalıdır.

Mənbə: www.dmy.info
Hazırladı: Fidan Aslanova

10 iyul  Dünya Hüquq Günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz