» » Siqaret kötüyünü yerə atanlar cərimə ödəməli olacaqlar

Siqaret kötüyünü yerə atanlar cərimə ödəməli olacaqlar


Parklarda, küçələrdə addımbaşı yerə atılmış siqaret filterlərinə rast gəlinir. İnsanlar hətta yaxınlıqda zibil qabı olsa da, siqareti çəkib yerə atırlar.
Yeni İnzibati Xətalar Məcəlləsinə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcək.
"Ana və uşaq" Xezerxeber.com-a istinadın xəbər verir ki,siqaret kötüyünü yerə atanlar cərimə ödəməli olacaqlar
Hazırda siqareti yerə atanlar üçün cərimə nəzərdə tutulmasa da mənzərə ürəkağrıdıcıdır. Dünya təcrübəsinə nəzər saldıqda isə görərik ki, İtaliyada siqareti yerə atanlar 300 avro, Albaniyada 410 avro, Yunanıstanda 500 avroya qədər cərimələnirlər.
Ölkəmizdə isə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə əsasən sadəcə qadağan edilmiş yerlərdə siqaret çəkənlərə cərimələr nəzərdə tutulub. Bunlar isə əsasən tədris, tərbiyə, sağlamlıq, mədəniyyət obyektləri, iş yerləri, ticarət yerləri və digər qapalı yerlərdir.
Gələcəkdə siqaret filterini yerə atanlar üçün də bu cür cərimələrin tətbil edilə biləcəyi istisna deyil.
Sosioloqlar isə bu məsələdə daha çox ictimai qınağın rolunu və müəyyən addımların atılmasının vacibliyini ifadə edirlər.
Biz oxucularımızla bu addımı bəyənir və dəstəkləyirik.

Siqaret kötüyünü yerə atanlar cərimə ödəməli olacaqlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz