» » Mal (iş, xidmət) haqqında istehlakçının zəruri və düzgün məlumat almaq hüququnu təmin edin!

Mal (iş, xidmət) haqqında istehlakçının zəruri və düzgün məlumat almaq hüququnu təmin edin!

Müəllif: Dəyanət от 31-03-2017, 00:30

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa görə istehlakçıların mal (iş, xidmət) haqqında zəruri və düzgün məlumat almaq hüququ vardır. Belə ki, Qanunun 13-cü maddəsinə əsasən satıcı (icraçı) mal (iş, xidmət) haqqında istehlakçını maraqlandıran aşağıdakı məlumatları ona verməyə borcludur:

-malın (işin, xidmətin) qiyməti;

-istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi; yararlıq müddəti; kaloriliyi; sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı);

-əldə edilməsi şərtləri;

-təminat öhdəlikləri və iddiaların irəli sürülməsi qaydaları;

-malların işlədilməsi, saxlanması və təhlükəsiz istifadə üsulları və qaydaları və s.

Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.

Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına və ya istifadə etməsinə səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.

Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).

Mal (iş, xidmət) haqqında istehlakçının zəruri və düzgün  məlumat almaq hüququnu təmin edin!

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmət
 
Mənbə: Consumer

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz