» » Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Müəllif: Vüsal от 30-01-2016, 15:00

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

 

Şəxsiyyət vəsiqəsinin 2 növü vardır:
1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi qanuni nümayəndəsi müraciət etdikdən sonra aşağıdakı sənədlər əsasında verilir:

Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
Doğum haqqında şəhadətnamə (surəti ilə birlikdə);
Qan qrupu haqqında tibbi arayış və ya Elektron Sağlamlıq Kartı;
Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
Qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.

16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:

Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır) (ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə bir qayda olaraq valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır);
Şəxsiyyət vəsiqəsi (olduğu halda) və doğum haqqında şəhadətnamə (surəti ilə birlikdə);
Şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə, nikah pozulduqda nikahın pozulması haqqında şəhadətnamə;
Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
Tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
2 ədəd fotoşəkil (bir neqativdən eyni ölçüdə çıxarılmış (rəngli 3x4), sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkil);
Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin (valideynlərinin) hüquqlarını təsdiq edən sənədi;
İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər).
25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

Azərbaycan Respublikası vətəndaşlarının 25, 35, 50 yaşına çatdıqda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil.

Azərbaycan Respublikası vətəndaşlarının ailə vəziyyəti dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;

Ailə vəziyyəti dəyişdikdə - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər (nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə).

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:
Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
Adın, ata adının və soyadın dəyişdirilməsi barədə şəhadətnamə (soyad ailə vəziyyətinin dəyişməsi ilə əlaqədar dəyişdikdə nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə).

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Azərbaycan Respublikası vətəndaşlarının hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:
Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
Hərbi bilet və ya təhkim şəhadətnaməsi.

1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərin və onların "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarının şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
Dövlət rüsumunun ödənilməsi barədə sənəd (6 manat);
Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
Ailə vəziyyəti dəyişdikdə - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər (nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə).

Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:


Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi


Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
Ev, mənzil barədə müvafiq sənədlər (qeydiyyat vəsiqəsi, çıxarış, order);
Vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi;
Hərbi bilet və ya təhkim şəhadətnaməsi.

Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri itirildikdə zəruri olan sənədlər:

Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Dövlət rüsumunun məbləği:
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:

- on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat

- üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat

- bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 35 manat

Qeyd: Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Şəxsiyyət vəsiqəsinin itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir.

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

 

Mənbə:http://www.asan.gov.az/az/content/index/217/exsiyyet_vesiqelerinin_verilmesi_ve_deyisdirilmesi#.VqyFbbKLTIU

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz