» » Nikahın pozulması qaydaları

Nikahın pozulması qaydaları

Müəllif: Vüsal от 13-01-2016, 15:00

 

Nikahın pozulması qaydaları

 

1. Nikahı pozmaq üçün hara müraciət etmək lazımdır?

Ər-arvadın ikisidə boşanmağa razıdırlarsa və onların ümumi uşaqalrı yoxdursa, və yaxud uşaqlar 18 yaşına çatıbsa, o halda nikahı pozmaq üçün müvafiq icra hakimiyyəti orqanına, yəni Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) orqanına müracıət etmək lazımdır.
Ər-arvadın birinin boşanmağa razı olmadığı halda, və yaxud onların 18 yaşdan aşağı uşaqları varsa, o halda məhkəməyə müraciət olunmalıdı.
Ər-arvadın razılığı olduqa, lakin onlardan biri VVAQ orqanında nikahın pozulmasından yayınırsa (məsələn ərizə yazmaqdan imtina edirsə), o halda nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.
Qeyd: Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

2. VVAQ orqanında nikahın pozulmasının qaydaları nədir?

Ərlə arvad arasında boşanma haqqında qarşılıqlı razılıq varsa, onlar nikahın pozulması haqda VVAQ orqanına ərizə təqdim edirlər. Bu ərizədə yetkinlik yaşına çatmayan uşaqlarının olubolmadığını təstiq etməyə borcludurlar.
Nikahın pozulması haqqında ərizə ər-arvadın yaşadığı və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yerdə VVADQ orqanına verilir.
Nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir.
Ər-arvaddan birinin üzürlü səbəbdən (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək üçün şəxsən gələ bilmirsə, o halda gəlmiş ikinci tərəf ər-arvadın birgə ərizəsini və ya ayrı-ayrı ərizələrini təqdim edir. Gəlməmiş tərəfin imzasının həqiqiliyi onun yaşadığı yerin VVADQ otqanı və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təstiq edilməlidir.
Nikahın pozulmasının qeydə alınması (yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ərarvadın qarşılıqlı razılığı əsasında) 15 manat.
Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir.
Qeyd: Azərbaycan Respublikasının hüdudlarından kanarda daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır.

Nikahın pozulması qaydaları

3. Nikahın məhkəmə qaydasında pozulması: Məhkəməyə nikahın pozulması üçün necə müraciət edilir?

Boşanmaq istəyən insan məkəməyə iddia ərizəsi yazaraq şəxsən və ya nümayəndə vasitəsi ilə müraciət edir. Ərizəni verən şəxs iddiaçı, qarşı tərəf isə cavabdehdir.
Ərizə cavabdehin yaşadığı yer üzrə məhkəməyə verilir.
Qeyd: idddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə
cavabdehin yaşadığı yerə getməyə çətinlik cəkdikdə iddia iddiaçının yaşadığı yerə görə verilə
bilər.

Ərizədə aşağıdakılar qöstərilməlidir:

• ərizənin verildiyi məhkəmənin adı,
• iddiaçı və cavabdehin adları, poçt ünvanları,
• iddianının məzmunu: tələb, bu tələbin əsaslandırıldığı hallar (boşanmaq istəyinin səbəbləri və
s.),
• ərizəyə əlavə edilən sənədlərin siyahısı.
Nikahın pozulması ilə bağlı tələbləri, məsələn uşaqların kiminlə qalmağı məsələsi və ya aliment
tələbi, ərizədə göstərilə bilər.
Ərizəyə aşağıdaki sənədlər əlavə olunur:
• iddia ərizəsinin surəti,
• dövlət rüsumunun ödənilməsi haqqında qəbz (5 manat məbləğındə "KapitalBanka ödənilir),
• nümayəndə varsa onun səlayyihətlərini təstiq edən sənəd,
• nikah haqqında şəhadətnamə,
• birgə uşaqlar varsa, onların doğum haqında şəhadətnamələrinin surəti.

4. Nikahın məhkəmə qaydasında pozulması: nikahın məhkəmə qaydasında hansı müddətə pozulur?

Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.
Əgər ər və arvad ikisidə boşanmağa razıdılarsa, məhkəmədə boşanma səbəbləri araşdırılmadan nikah pozulur.
Onlardan biri boşanmağa razı deyilsə, məhkəmə ər-arvadın barışması üçün 3 ay vaxt təyin edə bilər. 3 aydan sonra barışıq olmadıqda nikah pozulur.
Nikahın pozulmasının qeydə alınması (məhkəmə qətnaməsi əsasında) 15 manatdır.

5. Nikah pozulduqda yetkinlik yaşına çatmayan uşaqlar kiminlə qalır?

Ər-arvad yetkinlik yaşına çatamyan uşaqların kiminlə qaqldığını razılaşdırıb bu barədə məhkəməyə saziş təqdim edə bilərlər.
Belə razılıq yoxdursa, və ya saziş uşaqların və ya tərəflərdən birinin marağını pozursa, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla müəyyən edir.
Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi sağlamlığına zərər yetirməyən digər valideynə mane olmamalıdır. Əks halda, uşaqlardan ayrı yaşayan valideyn uşaqla ünsiyyətdə olmaq hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Ayrı yaşayan valideynin uşaqla görüşmə qaydası və vaxtı məhkəmə qaydasında müəyyən edilir.

Nikahın pozulması qaydaları

Mənbə: http://scfwca.gov.az/wp-content/uploads/2014/05/korrpusiya12.pdf

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
  • tural

  • 2 yanvar 2019 07:32
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
men herbi qulluqcuyam.her zaman isdediyim kimi cuxib harasa gede bilmirem.men oZ qeydiyatda oldugum erazi uzre mehkemeye muraciet ede bileremmmi.ve hansi senedi teqdim etmeliyem,?

herbi qulluqcuyam ve yerimi terk ede bilmirem.bizim mehkeme de menim senedleribgoturmur.men ne etmeliyem
  • Нравится
  • 1
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Men 19 ildir yoldawimla ayri ayri yawayiram onun harada olduxunu bilmirem nece bowana bilerem? Nigahimiz Naxcivan weherinde qeyde alinib ozum Cankt Peterburqda yawayiram yoldawim Osetin milletidi hansi weherde harada olduxunu bilmirem
  • Нравится
  • 3
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam! Mən 2 ci dəfə evlənmişəm,bu nigahdan evlaımız olmayıb.Boşanma ücün hansı sənədlər lazımdır,rüsum ödənilməlidir ya yox?
  • Нравится
  • 1
  • Zahir

  • 30 yanvar 2020 13:32
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam men yoldasim birinci qurup elildi bosanmaq ucun erize versem usaq kimde qalmalidi usagin 5 yasi var iki ildiki ayri yasayiriq bosanmamiz ne qeder ceker

Salam men yoldasim birinci qurup elildi ayleliyimiz yoxdu bize bosanmaqda prablem olmazki
  • Нравится
  • 0
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.