» » Qanun - onu nə qədər çox öyrənsən, haqqını, hüququnu o qədər çox biləcəksən

Qanun - onu nə qədər çox öyrənsən, haqqını, hüququnu o qədər çox biləcəksən

Qanun - onu nə qədər çox öyrənsən, haqqını, hüququnu o qədər çox biləcəksən 


Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaran ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur, həmçinin, qoyulan qadağalara əməl etməyən şəxsləri cəzalandırılmasını müəyyən edir.
Qanunun növləri
Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür.
Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində, ilk növbədə, əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu Əsas Qanun da adlandırırlar.
Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür.
Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür. Belə ki, əgər adi qanun norması ilə məcəllənin norması arasında ziddiyət (kolliziya) yaranarsa, bu halda məcəllədə təsbit edilmiş normaya üstünlük verilir (Vikipediya).
Cəmiyyət durmdan inkişf edir. İnkişaf eyni zamanda insanların fəaliyyət və hüquq sahələrini də genişləndirir. Bu isə hüquqları mükəmməl bilməyi tələb edir.
Qanun - onu nə qədər çox öyrənsən, haqqını, hüququnu o qədər çox biləcəksən. Qanun sənin mənafeyini qorumaq üçündür. Bununla belə, Qanun həm də sənin cəmiyyət, həyt, insanlar qarşısında börc və öhdəliklərini müəyyən edir. Ona görə də insan hər zaman hüquqi mariflənmə qayğısına qalmlı, ratlaşa bildiyi çətinliklər zamanı Qanunun müdafiəsinə sığınmaq üçün onu öyrənməlidir.
Bunu nəzərə alaraq bu sayımızdan başlayaraq insanların gündəlik həyatlarında qarşılaşa biləcəkləri problem məsələlərin hüquqi yolla tənzimləməsinə dair maarifləndirici məlumatlar təqdim edəcəyik. İlk yazımızda "Doğumun qeydə alınması", "Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması"Qaydaları haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin iki tövsiyəsini təqdim edirik.

Qanun - onu nə qədər çox öyrənsən, haqqını, hüququnu o qədər çox biləcəksən 


Zəruri olan sənədlərin siyahısı:

Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
Valideynlərin nikah haqqında şəhadətnaməsi;
Valideynlərin doğum haqqında şəhadətnaməsi;
Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
Valideynlərdən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd;
Tapılmış uşaqlar haqqında onların tapılması vaxtını, yerini və şəraitini göstərən sənəd (akt, protokol, arayış və uşağın yaşı haqqında tibb müəssisəsindən sənəd);
Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.

Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-4.3-cü maddəsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynləri xəbərdarlıq edilir və ya on manat miqdarında cərimə edilir.

Qanun - onu nə qədər çox öyrənsən, haqqını, hüququnu o qədər çox biləcəksən


İştirak etməli olan şəxslərin siyahısı:

Valideynlər və ya onlardan biri;
Valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
Dövlət rüsumunun (haqqın) məbləği:

Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Mənbə: http://asan.gov.az/az/content/index/151/dogumun_qeyde_alinmasi

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması
 

Qanun - onu nə qədər çox öyrənsən, haqqını, hüququnu o qədər çox biləcəksən


Zəruri olan sənədlərin siyahısı:

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə ;
Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Qeyd: Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

İştirak etməli olan şəxslərin siyahısı:

Uşaq 18 yaşına çatanadək onun valideynləri;
Ərizə verən şəxsin özü;
Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun (haqqın) məbləği:

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün 10 manat
dövlət rüsumu ödənilməlidir

Qanun - onu nə qədər çox öyrənsən, haqqını, hüququnu o qədər çox biləcəksən


Mənbə:http://www.asan.gov.az/az/content/index/157/adin_ata_adinin_ve_soyadin_deyisdirilmesinin_qeyde_alinmasi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz