» » 4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

 

"Günəşli" neft yatağında yanğın — 2015-ci ilin 4 dekabr tarixində baş vermişdir. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 9 nəfər dünyasını dəyişmişdir. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur.

Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17.40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17.40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır.


4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

 

4 dekabr

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılmışdır. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli” yatağında növbədə olan "Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə "Vixr-5” yanğınsöndürən, "Avior” dalğıc, "Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlamışdır. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş "Topaz-Diqnizi”, "Endeavour”, "Protektor”, "Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuşdur. Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməmişdir. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdir. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirmişdir. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşmüşdür. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olmuşdur. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınmışdır.

 

4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

 

5 dekabr

5 dekabr tarixində ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilmişdir. Belə ki, saat 08.02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunmuşdur. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməmiş, 3 və 5 saylı qonşu özüllərə enmişdir. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu "AZAL” QSC-yə məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus "Müslüm Maqomayev” gəmisi ilə özülə çıxmış, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər. Beləliklə, cəmi 33 nəfər təxliyyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb.


4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

 

6 dekabr

6 dekabr tarixində səhər radələrində Dövlət Neft Şirkətinin yaydığı məlumatda qeyd edilib ki gecə ərzində itkin düşənlərin cəsədi tapılmamışdır və xilas etmə işləri fasiləsiz olaraq davam edir. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezident İlham Əliyevin qərarı ilə həmin gün Azərbaycanda matəm günü elan olunmuşdur. Həmin gün həmdə itkin düşmüş iki nəfər Ramiz Nüsrəddin oğlu Həsənov və Zaur Vahid oğlu Həsənovun cəsədləri sudan çıxarılmışdır.

7 dekabr

7 dekabr tarixində sudan daha 6 nəfərin cəsədi çıxarılmışdır. 


4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

 

                                                                                                        Mənbə:Vikipediya


Qeyd :SOKAR-ın "Neftqaztikinti” Tresti "Azneft” İstehsalat Birliyinin sifarişi ilə 28 May adına NQÇİ-nin istismar etdiyi "Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işləri  uğurla davam etdirilir. "Günəşli” yatağı hazırda bu vəziyyətdədir...


 

4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

 

4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

 

4 dekabr “Günəşli” yatağında baş verən yanğın hadisəsəindən 1 il ötdü

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz