Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şikar Şükür oğlu Şikarovun doğum günüdür
Müəllif: Akif Əhmədov от 3-12-2017, 00:10
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şikar Şükür oğlu Şikarovun doğum günüdür, dünyaya gəldiyi gündür.
Şikar Şikarov 1953-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinun Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır.
1986-cı ildə SSRİ Müdafiə Nazirliyinun Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir.
1990-cı il 20 yanvar hadisələrindən sonra Vətənə qayıtmışır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir. 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik etmiş, uğurlu əməliyyatlar keçirmişdir.
1992-ci il iyunun 13-də Ağdərəyə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkonik Şikarov Şikar Şükür oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Qobustan rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır.
Oxşar postlar:
- Oxunub: 1 507
- Şərhlər: 0
- Bölmə: Tarixdə Bu Gün
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Balaca dostlarımız üçün tapmacalar(I yazı)
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (IVyazı)
Bəzi mətbəx sirləri
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VII yazı)
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)
Bu dünyanın ölümü var min cürə
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)
“Atamı yalnız qışda görürdük” - Mirzə Cəlilin Polşadakı ailəsi ilə müsahibə
Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (Video)
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VI yazı)
Yazarlar