» » Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın doğum günüdür.
"Qafqazinfo”nun məlumatına görə, Mehriban Əliyeva 1964-cü ildə, Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim Aida Nəsir qızı İmanquliyevadır.
Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib və Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə akademik Krasnovun rəhbərliyi altında Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Mehriban Əliyeva 10 may 2004-cü ildən - Heydər Əliyev Fondunun yaradıldığı gündən rəhbərlik edir. O, 2005-ci və 2010-cu illərdə Azərbaycan parlamentinin deputatı seçilib. Mehriban Əliyeva hakim Yeni Azərbaycan Partiyasının 2013-cü il iyunun 7-də keçirilən V qurultayında partiyanın sədr müavini seçilib.
2004-cü ilin avqustunda Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə Mehriban Əliyevaya YUNESKO-nun Xoşməramlı səfiri seçilmişdir.

Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

2005-ci ildə Azərbaycanda "İlin qadını" fəxri adına layiq görülmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.
Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
Həyat yoldaşı İlham Əliyev Mehriban xanımı belə xarakterizə edir:
"Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. ... Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”.
Mehriban xanımın ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan Azərbaycan ziyalılarının əhatəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına, ailə dəyərlərinə sadiq olmasına mühüm təsir göstərib. Sonradan onun milli ənənələrə bağlı olan digər bir ziyalı Azərbaycanlı ailəsinə gəlin köçməsi, Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olması bu keyfiyyətlərin daha da dərin kök atmasına təsir edib.

Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

"Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur” – söyləyən Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib. "Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir: "Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.
Nəvələrinin dünyaya gəlməsini son illər ərzində həyatının ən yaddaqalan hadisələri hesab edən Mehriban xanım onların doğulmasını həyatı dəyişən və həyata tamamilə fərqli baxmağa vadar edən möcüzə olduğunu bildirir. Daşıdığı ictimai yükün ağırlığına, gərgin iş qrafikinə, çoxşaxəli fəaliyyətinə baxmayaraq, o, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir.

Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Birinci xanım Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Heydər Əliyev ordeni ilə təltif edilib.
"Ana və uşaq” portalı Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibəti ilə ən səmimi arzularla təbrik edir, xalqımızın rifahı naminə yorulmaz və zəngin fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayır.

Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz