» » Övladlarımızı belə görmək çox xoşdur

Övladlarımızı belə görmək çox xoşdur

Övladlarımızı belə görmək çox xoşdur


Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şerlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
 

Övladlarımızı belə görmək çox xoşdur

 

Mikayıl Müşfiqin məşhur "Oxu, tar" şeirini hər dəfə oxuduqca və ya mahnı şəklində dinlədikcə, Mirzə Sadıq, Malıbəyli Həmid, Mirzə Mansur Mansurov, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Bəhram Mansurov, Əhməd Bakıxanov, Əhsən Dadaşov, Əliağa Quliyev, Həbib Bayramov kimi məşhur tarzənləri ehtiramla xatırlayırıq. Üzübəri gəldikcə, Ramiz Quliyev, Möhlət Müslümov, Vamiq Məmmədəliyev, Zamiq Əliyev, Ağasəlim Abdullayev, Firuz Əliyev, Elçin Həşimov….. hamısının adlarını çəkə bilmədiyim çox qüdrətli incəsənət ustalarımız gəlir durur gözlərimiz qarşısında və bir də Ana və uşaq. az saytının indi sizə təqdim edəcəyi Pərvin Vəlizadə.
Pərvin Vəlizadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar şöbəsinin şagirdidir.
Pərvin 13 aprel 2003-cu ildə Samaxı rayonunun Həmyə kəndində anadan olmuşdur. İlk dəfə məktəbə 2009-cu ildə Abseron Rayon Masazır kəndində getmiş, 3 nömrəli tam orta məktəbə oxumusdur. Musiqiyə 2012 -ci ildən maraq göstərmiş, tar sinfinə qəbul olunmuşdur. İlk müəllimi Mübariz Pasayev olub, Mübariz müəllim Pərvinlə məşğul olduğu 3 il ərzində Pərvinin qəlbinə, ruhuna tar sevgisi, musiqi yanğısı sala bilib. Pərvin də Mübariz müəllimin ümidlərini doğruldub. O, 2013 və 2014-cü illərdə iki il dalbadal Milli musiqi alətləri ifaçıları və xanəndələrinin Bülbül adına I və II Respublika müsabiqəsində uğurla çıxış edərək hər iki müsabiqənin laureatı və II dərəcəli Diplomuna layiq görülmüşdür. Pəvin daha sonra imtahan verərək Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar şöbəsinə qəbul olunmuşdur.
Şamaxı şəhər İncəsənət mərkəzində 1 saatlıq sola konserti təşkil olunub. Və sənət dünyasına sənətin özü qəadər incə, xəfif, amma inamlı addımlarla addımlamaqdadır Pərviz bala.

Övladlarımızı belə görmək çox xoşdur

 

Övladlarımızı belə görmək çox xoşdur

 

Pərvin bala kimi istedadlı uşaqlarımız yüzlərlə, minlərlədir. Övladlarımızı belə görmək çox xoşdur. Hər zaman xoş sədalarını eşidək.
Bizim onunla tanışlığımız Fasebook vasitəsilə yaranıb. Tez-tez əlaqə saxlayırıq, valideynləri ilə elə Pərvinin səhifəsində yazışırıq. Atsının səhhətində müəyyən problem yaransa da, Pərvinin uğurları bu problemi üstələyir. Mən bir dəfə Pərvinlə söhbətləşəndə dedim özünə bunu. Dedim, sən gələcəyin məşhur sənətkarı olacaqsan, böyük salonlarda konsertlər verəcəksən, dünya ölkələrini gəzəcəksən. Bunlar atanı qanadlandıracaq. Sən atanı özünlə aparacasan...Əslində, Pərvin uşaq olsa da, mənim ona söylədiklərim heç də təsəlli vermək kimi qəbul edilməməlidir. Bunlar reallıqdır. Pərvin balanı Allah qorusun, bütün balalrı Allah qorusun, əgər seçdiyi, tutduğu yolu bu şəkildə davam etdirsə, 10-15 ildən, Allah qoysa, inşallah, gələcəyin Elçin Həşimovudur, Möhlət Müslimovudur, Ramiz Quliyevidir.
Elə ilk addımdan Pərvin bu gün Azərbaycan mədəniyyətində sayılıb-seçilən, məktəb yaradan hörmətli sənətkarlarımızın hamısının diqqət mərkəzindədir. Mən də sevinirəm. Pərvin kimi balalar hamısı bu xalqın oğullarıdır, onların inkişafı üçün pasiban olmaq ən böyük ucalıq, ən böyük xeyirxahlıqdır.
 

Övladlarımızı belə görmək çox xoşdur

Ümidsiz heç addım atılmaz, iş başlanmaz...bağban torpağa bir şitil belə sancmaz. Bütün bunlar üçün ümid gərəkdir.
Son dövrlər mədəniyyətimizə bir canıyananlıq epoxası başlayıb. Mədəni irsimizə məhəbbətlə sahib çıxılır, abidəlrimiz bərpa edilir, mühafizə edilir.Yeni binalar, məktəblər, muzeylər yaradılır. Gənc istedadlar böyük sevgi ilə araşdırılıb müsabiqə yolu ilə seçilib xalqa tədim edilir və sair...Bütün bunların gerçəkləşməsində ölkəmizin birinci xanımı Mehriban xanımın fəaliyyəti ölçüyəgəlməzdir. Bu fəaliyyət özü də bir ümiddir. Azərbaycan musiqisinin, mədəniyyətinin sabahına bəslənən bu ümidlər ölkə başçısı cənab İlham Əliyevin , Xanım Mehriban Əliyevanın kəsdikləri qırmızı lentlərlə bütün Azərbaycanı bürüyür, öz təntənəsini tapır. Bir sevindirici cəhət də budur ki, xalqın tanıyıb sevdiyi, qəbul etdiyi qüdrətli sənətkarlarımız var: yazımızın əvvəlində böyük minnətdarlıqla adlarını Xalq artistləri Ramiz Quliyev, Möhlət Müslimov, Vamiq Məmmədəliyev, Zamiq Əliyev, Ağasəlim Abdullayev, Firuz Əliyev, Elçin Həşimov; tanınmış muğam ustalarımızdan Xalq artistləri Süleyman Abdullayev, Canəli Əkbərov, Alim Qasımov, muğam ustası Elnarə Abdullayeva, Abgül Mirzəliyev, Əməkdar artist Zakir Əliyev, alimlərimizdən Məti Osmanoğlu, Məhəmməd Məmmədli və daha neçə sənət sərrafı əllərini Pərvin balanın başına çəkiblər, onun ifasını dinləyib fikir söyləyiblər. Bunlar da ümiddir.
Biz uşaq olanda mən çox eşitmişdim ki, filənkəs filənkəsin paxıllığını çəkirdi, filənkəsə dərman verdilər ki, səsi batsın və s..
Amma indi budur..xalqın sevdiyi böyük sənətkarlar varislik haqlarını yaşadırlar. Sənət hamisi olaraq Azərbaycan musiqisini qorumaq, yaşatmaq borclarını gerçəyə çevirirlər.

Övladlarımızı belə görmək çox xoşdur

 

Övladlarımızı belə görmək çox xoşdur

 

Övladlarımızı belə görmək çox xoşdur

 

Övladlarımızı belə görmək çox xoşdur

 

Pərvin balanın Azərbaycanın musiqi mədəniyyətində böyük xidmətləri olan sənətkarlarla belə isti münasibətlərini gördükcə öyünməmək olmur, bunu kiməsə kömək etməkdən savayı, həm də yaşılığa, xeyirxahlığa xidmət kimi qiymətləndirirəm. İnsan ümidsiz yaşaya bilməz. Həyat qalsın deyə, dünya davam eləsin deyə ümid, inam hifz olunmalıdır.Xeyirxahlıq hifz olunmalıdır. Yoxsa, hamının matı-mutu quruyar. Yoxsa, Pərvin bala kimi istedadlı balalrımız fikirləşər ki, kimdi məni oxudan, mənə dəstək verən və sair. Nəticədə xalqımız nə qədər istedaddan məhrum olardı, amma belə deyil.
İstedadlı uşaqların, xüsusilə incəsənət sahəsində, üzə çıxarılıb qayğı ilə əhatə olunmasında Cənab Prezidentin, Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı vardır.
Pərvin balanın ilk musiqi müəllimi Mübariz müəllimə, Bülbül adına Orta İxtisas Məktəbində Aslan Məhərəmova Valeh Rəhimova, Xalq artistləri Ramiz Quliyevə, Möhlət Müslimova, Vamiq Məmmədəliyevə, Zamiq Əliyevə, Ağasəlim Abdullayevə, Firuz Əliyevə, Elçin Həşimov; tanınmış muğam ustalarımızdan Xalq artistləri Süleyman Abdullayevə, Canəli Əkbərovə, Alim Qasımovə, muğam ustaları Elnarə Abdullayevaya, Abgül Mirzəliyevə, Əməkdar artist Zakir Əliyevə və Şamaxı İncəsənət Təsili Mərkəzinin direktoru Namiq Paşazadəyə Ana və uşaq.az saytı və onun istifadəçiləri adından, ğz adımdan, ümumilikdə Azərbaycan xalqı adından "Çox sağ olun" deyirik.
Vətənini , xalqını, ədəbiyyatını, mədəniyyətini sevən hər bir təəssübkeş belə olmalıdır.

Övladlarımızı belə görmək çox xoşdur

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz