» » Kitab oxumaq, yoxsa həyatı elə həyatın özündən öyrənmək?

Kitab oxumaq, yoxsa həyatı elə həyatın özündən öyrənmək?

Kitab oxumaq, yoxsa həyatı elə həyatın özündən öyrənmək?

XIII əsrdə yaşamış Laroşfuko adlı bir fransız yazıçısı deyib ki, adamları oxumaq kitabları oxumaqdan daha faydalıdır. Doğrudanmı belədir, onda daha kitab oxumayaqmı?
Orta məktəb illərində daha çox mütailə etmişəm: yatanda da yastığımın yanında kitab olub, ya da elə kitabın üstünə üzüqoylu yatmışam. Bu, yaşla bağlı idi. O yaşda qəlblər də, xəyallar da, dünya da apağ təmiz idi, boş idi. Hər şey adama sirli və yeni gəlirdi deyə acgözlüklə oxuyurduq. Özümüzü, hislərimizi kitablarda tapırdıq. O dövrdə ətrfda, xəyalda nə vardı, indikindən yaxşı idi. Bizim kitabxanaçı heç bir məktəb bitirməmiş bir qadın idi, amma sanki ədəbiyyat müəllimi idi. Elə maraqlı kitablar seçib verirdi ki.

Kitab oxumaq, yoxsa həyatı elə həyatın özündən öyrənmək?


Sinif müəllimimiz də həmçinin. Xüsusi bir dəftəri vardı: kimin hansı kitab oxuduğunu qeyd edirdi və kitabxanaçıdan, pioner baş dəstə rəhbərindən soruşurdu. Sonra ali təhsi illəri. İnanın, ali məktəbdə tövsiyə edilən ədəbiyyatların çoxunu mən artıq orta məktəbdə oxumuşdum. Bu mütailə keçən əsrin 90-cı illərinə qədər davam etdi. Sonra mütailə zəiflədi. Artıq müəyyən yaşa gəlmişdik, sevgimizi tapmışdır, çox şeylərin artıq imkan xaricində olduğunu qəbul etmişdik. Həm də bu da gerçəklikdir ki, ədəbiyyata münasibətimizin özündə bir inamsızlıq yaranmışdı. Hesab edin ki, keçən əsrin 90-cı illərinin ortalarından indiyə kimi oxuduğum nəsr əsəri S.Rəhimovun "Saçlı”sı (təkrar), Əfqanın "Katib” və "Gülyanaq” əsərləri, bir də H. Mirələmovun bir romanı olmuşdur.
Kitabları oxumadan insanları oxumaq da çox çətin olar. Mütailəsi, dünyagörüşü, söz və dil zənginliyi olmayan bir şəxs insanların qəlbinə necə yol tapa bilər, bir gənc qızın könül dünyasının qapılarını necə aça bilər? Mənə gəldikdə isə, mənim təhsilim, yaşım, dünyagörüşüm, indiyə qədər oxuduqlarım kifayətdir ki, mən insanı oxuya bilim. İnanmıram ki, indən belə hansısa bir romanı, povesti oxuya bilim: vaxtım da yoxdur, indi axtardığım da yoxdur: Arzuladıqlrımı, Allaha şükür, artıq tapmışam, ya olduğu kimi, ya da uyğnlaşdırılmış... Min şükür. Hesab edirəm ki, oxuduqlarım kifayətdir və indi oxuduqlarıma rəğmən ətrafımdkıları, əzizlərimi, nəvələrimi oxumalıyam.

Kitab oxumaq, yoxsa həyatı elə həyatın özündən öyrənmək?

Kutab oxumaq, yoxsa həyatı elə həyatın özündən öyrənmək? Həyatda belə şəxslər olub. Məşhur rus ədibi M.Qorki 1868-ci ilədə doğulmuşdur. 5 yaşında atasını, 11 yaşında anasını itirib. Özünün dediyi kimi "həyatın dibində" yaşayıb. Əzabın hər üünü görüb, 5 dəfə evdən qaçıb, 19 yaşında intihara cəhd edib. Amma ki, hələ 40 ilə yaxın da yaşaya bilib. qorki ali təsil almamışdı, fəqət, "həyat universiteti " bitirmişdir.
Belə istisnalar kütləvi deyil. Hamı bu yolu keçməli deyil ki. Kitabları oxumaq, dünyagörüşünü artırmaq, kamilləşmək, elə məhz bunun üçündür ki, o, insana həyatı öyrədir, insanları tanıdır. Bələdçilik edir. Kitab oxumaq insanı zənginləşdirir, cilalayır...Bu şərtlə ki, oxuduğun da kamil ədəbiyyat nümunəsi olsun.

Kitab oxumaq, yoxsa həyatı elə həyatın özündən öyrənmək?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz