» » Türkün qüdrəti

Türkün qüdrəti

Türkün qüdrəti

Bu yaxınlarda saytlarımızın birində Reuters-ə istinadən təqdim edilən belə bir xəbər oxumuşdum ki, Avropa İttifaqı Türkiyənin quruma daxil olmasına dair danışıqları dayandıra bilər. Bunu Avropa Komissiyasının sədri bəyan edib.
Siz fikir verirsinizmi, bir dövlətdə hansısa bir problem yarananda beynəlxalq təşkilatlar vəziyyətin normallaşdırılmasındansa, tərəflərdən birinə (daha çox üstün tərəfə) təhdidlər edir.
Yanılırsınız, okeanın o tayında olan cənablar.
Bəlkə də 20-30 il əvvəl dünyanı belə diplomatların təfəkkürü ilə idarə etmək olardı. Amma indi intellekt əsridir, sadə insanlar dünyanı hansısa yüksəkçinli məmurun rəyi ilə deyil, öz məntiq süzgəcindən keçirək tanımaq istəyir.
Avropa Komissiyasını demirəm, dünyan özünün xeyri üçün, dünyanın, insanlığın xeyri üçün Trkiyəni Avropa Komissiyasına üzv qəbul etməkdə maraqlı olmalıdır.
Məşhur çex pedaqoqu, bunu xüsusi olaraq vurğulayıram, Avropa vətəndaşı, nəinki çexlərin, dünyanın tanıyıb qəbul etdiyi Jan Amos Comenski demişdir:

Türkün qüdrəti

Türklər qəhrəmandırlar, dostlarına zərər verməzlər. Uca Türk milləti tutduğu əli buraxmaz, sözündən dönməz, yaxşı və pis günlərdə dostundan ayrılmaz. Belə bir ulusla əl-ələ vermək yer üzündə hər çətinliyi məğlub etmək üçün sonsuz bir güc və qabiliyyət qazanmaq deməkdir.

İndi Avropa Komissiyasının sədri Jan-Klod Yunker bizə minnət qoyur və yanlışlığa yol verir. Görəsən bu rəsmilər kitab-zad oxumayıblar?
Oxusa idilər, Avropanı hərbi məharəti ilə heyrətə gətirən Napoleonun etirafından xəbərləri olardı: "İnsanları ucaldan iki böyük üstünlük var: Kişinin cəsur, qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm qadını şərəfləndirən bir üstünlük var: Lazım gələrsə, tərəddüdsüz canını fəda edə biləcək qədər vətəninə bağlı olmaq. İşdə Türklər bu üstünlüklərə və fəzilətə sahib qəhrəmanlardır. Buna görədir ki Türklər öldürülə bilər, lakin məğlub edilə bilməzlər”
Kaş Jan-Klod Yunker General Hamiltonun fikirlərinə də rast gəlmiş olaydı:”Dünyada, Türklərdən başqa heç bir ordu bu qədər müddət ayaqda dayana bilməz.
Türklərdən başqa dini və vətəni uğrunda canını verməyə hazır əsgər yoxdur”.

Türkün qüdrəti

Türkün qüdrəti

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz