» » Nənələr Günü

Nənələr Günü

 

Nənələr Günü

"Nənə” sözünü eşidəndə ağlımıza gələn, bütün sevgisiylə, şirinliyi ilə vücudumuzu saran, gözlərimiz önündə canlanan öz nənələrimiz olur: ata və anamızın valideynləri. "Böyük ana” da deyirlər çox vaxt. Rəsmiyyətdən, statusdan büsbütün uzaq olan bir bağlılıq, canıyananlıq mərtəbəsidir nənə ucalığı. İpək , ağ əllər saçımıza, kürəyimizə toxunanda o qədər rahatlıq tapmarıq ki, nənələrin cadar-cadar olmuş sərt barmaları üstümüzdə gəzdikcə məst oluruq, şirin röyaya baş vururuq.
Folklorumuzun böyük bir hissəsini ana və "böyük ana”ların öz övladlarına, nəvə və nəticələrinə düzüb qoşduqları laylalardır, oxşamalardır, bayatılrdır. Mənim fikrimcə, ana müqəddəsdir, onun latlası, oşaması da müqəddəsdir. Amma "böyük ana” sığalı, oxşamaları ğzü də böyük sanbala malikdirlər. Ana-atanın övlad üzərində bir istəyi var, amma nənə-babaların iki. Nənə-baba övladları, nəvələri üçün bir əzabkeşlik sivoludur: zəhmət mənasında, yanmaq mənasında. Nənə- baba nəvə-nəticə üçün narahat olmayınca, yuxusuz qalmayınca, rahat olmazlar. Amma analar balaları narahat olubsa, sakitləşdirib özləri də, həm də üzlərini bu yana şevirib,  həmən böyürlərində yavrularından da bərk yatacaqlar. Ata-baba yatar, amma nənə yatmaz...
Əlim çatan, ünüm yetən hansı ailə qohumlarım var, eləcə də ətrafda, nənsiz ailələr də gördüm, nənəsiz ailələr də.
Allaha qurban olum, dünyaya nəvə gəlməmişdən ona mələk ana yaradan kimi, ipək də nənə, baba yaradıb. Toy günü şadlıq sarayından qayınana yanına deyi, əlahiddə mənzilə köçməyə can atan gəlinlər çox şeyi unudursunuz, həm də uduzursunuz... Gələcək övladlarınıza nənə-baba həsrəti yaradırsınız.
Nənələr olmayan evlərdə təcrübəsiz gəlinlər çox əziyyətdə qalırlar, bəzən heç də yaxşı olmayan hallar da yarana bilir. Nənələr olmasa, indiki gəlinlərin böyük əksəriyyəti övladlarına keçmiş zamanlardakı analar kimi baxa bilməzlər. Nənələrsiz evlərdəki çocuqlar qayğıdan, nəvazişdən məhrum böyüyərlər, gələcəkdə onların əxlaq və davranışlarında bunun əlamətləri özünü göstərər.
Digər tərəfdən, nənələr övladlarının ilk müəllimi olarlar. Elə pedaoq sözü də "payda" və "qoqos" yunan sözlərindən əmələ gəlib, hərfi mənası "uşaq ötürən” deməkdir. Qədim Yunanıstanda qul sa- hiblərinin uşaqlarına baxan, onları məktəbə aparıb- gətirən adamlara pedaqoq deyərmişlər. Daha spnralar bu xidmətə uşaqları himayə etmək də daxil edildi. Və vaxud bu qayğıları yetirən xüsusi adamlar (daha çox qadınlar) vardı, onlara "mürəbbi” seyirdilər. Onlar dövlətli ailəlrdə uşaqların təlim tərbiyəsi ilə məşğul olurdular.
Zaman-zaman bu "mürəbbi”lər, "paydaqoqos”lar fəliyyətlərini daha başa formada, başqa adla (müəllim, tərbiyəçi, psixoloq və s) davam etdirdilər. Başqa sözlə, belə fəaliyyətlər ayrı-ayrı fərdlər tərəfindən deyil cəmiyyət tərəfindən himayəyə götürüldü. Tək-tük belə xidmət göstərəmlər nənələr, dayələr oldu. Siz fikir vermisinizsə, böyük şəxsiyyətlərinin çoxu yaradıcılıqlarında uşaqkən nənələrdən əxz etdiklərini xüsusilə önə çəkirlər.

Nənələr Günü  

Olsun ki, dayələr də bu xidməti edə bilərdilər və edə bilərlər. Amma heç kim bu qabiliyyətə nənələr qədər müvəffəq ola bilməz. Çünki Uşaq öz nənəsi ilə baş-başa olanda bunların arasında "öyrədən”- "öyrənən” münasibət və əlaqələrindən daha çox daxili bir rabitə yaranır: qanla, ruhla . Onlar bir yerdə olanda impulslar deyəkmi, ruh telləri deyəkmi, bir-birlərini axtarıb tapır, bir-birlərini qəbul edirlər.
  
- Ay nənə, bir nağıl da de!
- Ömrüm-günüm, yat daha, 
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
- Qar yağırmı?
- Elə yağır… sazaq qılınc tək kəsir…
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.
Nənə yığır düyünçəyə iynəsini, sapını, 
Külək hərdən taqqıldadır pəncərəni, qapını.
Körpə çəkir təzə, güllü yorğanını üzünə, 
Gözlərini yumur… amma yuxu getmir gözünə.
- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur..
Bir gizilti duyur uşaq vücudunda bu ara, 
Həsrət qonan gözlərini zilləyərək divara, 
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…
- Bəs ay nənə, atam indi haradadır, görəsən?!
- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
- Axı, nənə, heç demirsən atam haçan gələcək,
Indi onu səngərdə bəs üşütmürmü qar, külək?
- Ömrum-günüm, körpə quzum, qurban olum adına, 
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir oğlum darıxmısan, görüşərik bu bahar.
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən, 
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
Heç darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!
Di yat, indi gecə keçir…
- Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
- Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik, 
Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi bəzəyər, 
El qaydası süfrə açar, qohum-qonşumuz gələr.
Sən atanı qucaqlar, üz-gözündən öpərsən, 
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…
Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm, 
Öpdü onun xəyalını indi özgə bir aləm;
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
Qucaqladı atasını, sonra kimsə çaldı saz…
Körpə özü hiss etmədən, onu yuxu apardı, 
Çöldə isə bütün gecə külək tufan qopardı...

Allah Əhməd Cəmilə qəni-qəni rəhmət etsin. Nənə-nəvə münasibətlərini təkcə yazmaq qüdrətiylə belə doğru, isti, şirin vermək olmaz. Bunun üçün gərək bu sevgidən sənin ruhuna da bələnmiş ola. Bununçün gərək həm də psixoloq olsan. 

Nənələr Günü

Maraqlı olan bir də bilirsiniz nədir: "nəvə” və "nənə” sözlərinin qrafik və tələffüz formalarının bu qədər yaxın olmasıdır. Bu qədər əziyyət çəkirik, bu qurban olduğumuz nəvələr bizə "mehriban düşmən” olan nənələrlə gedib yatırlar.
Bu gün Nənələr günüdür. Çoxları bəlkə də bu günün varlığından xəbərsizdirlər.
Niyə həyatımız və taleyimiz üçün bu qədər zəhmətləri və rolları olan nənələrə aid bir gün olmasın? Axı nənələrin də, babalrın da, eləcə də digər müqəddəslərin böyük sevgi ilə anılması qədirşünaslıq duyğusu olmaqla yanaşı, həm də insanlığı qorumaq üçün birgə səylərimizdir.
Bu səyləri yaşadıb yeni nəsillərə ötürmək mədəni bir ehtiyacdır.
Elə bu məqsədlə 1999-ci ildən etibarən ilk dəfə Türkiyədə və dünyada Baba və Nənələr Günü qeyd olunmağa başlayıb, hər il bu məqsədlə "İlin baba və nənələri" seçilməkdədir.
Əziz Nənələr, "Ana və Uşaq” jurnalı Nənələr Günü bayramı münasibəti ilə Sizi təbrik edir, Sizə çoxlu səbir və nəvə arzulayırıq.

Nənələr Günü

Nənələr Günü

Nənələr Günü

Nənələr Günü

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz