» » "Ana və Uşaq" təbrik edir

"Ana və Uşaq" təbrik edir

 

Bu gün Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərovun doğum günüdür. Vidadi müəllim mənim tələbə yoldaşımdır. Üstündən 30 ildən artıq zaman keçsə də, elə bil dünən olmuş kimi xatırlayıram... Vidadi mehriban, təbəssümlü bir gənc idi: yoldaşları ilə həmişə eyni dərəcədə səmimi və mehriban, uzunboylu, saçları qıvrım bir gəncdi… Aristokratlığı da vardı. Adəti üzrə, həmişə səliqəli geyinərdi, saçı-üzü həmişə tər-təmiz olardı, hərəkətləri, müraciət qaydası, təbəssümlü siması, nitq tərzi, beləcə, adama xoş aura çiləyərdi.

Filosof Nitsşe deyərmiş ki, gündə bir dəfə olsun gülməli və şən olmalıyıq. Sevinci öyrənsək, başqalarına acı verməyi də unudarıq. Olsun ki, bu xüsusiyyətin müəyyən payı Vidadinin oxuduğu ixtisasla bağlı idi, amma heç şübhəsiz ki, ailəsi, əsil-nəcabəti ilə də bağlı idi.

Uzun illərdi ki, rastlaşmırdıq, görüşmürdük. Fasebook vasitəsilə yeni tapışmışıq. Eşidəndə ki, dostumuz Masallıda əvvəlcə "Dəfinə” liseyinin, indi isə Regional Kollecin direktorudur, bu seçimi çox təbii saydım. Hələ tələbə olanda belə Vidadi öz mövqeyi və münasibəti ilə bizə rayonuna, regionuna bir rəğbət oyatmışdı. İndi onun nəinki Masallı gənclərini, eləcə də region gənclərini xalqımızın təntənəsi naminə arxasınca aparmağa haqqı çatır. Bütün səy və bacarığını Rayon İcra Hakimiyyətinin siyasi kursunu həyata keçirməyə həsr edir, rayonun ictimi-siyasi, mədəni həyatında yaxından iştirak edir .

Vidadi müəllim bəxtəvər bir babadır. Allah saxlasın, bu gözəl nəvələrin babası həmişə belə təbəssümlü qalsın.

 

"Ana və Uşaq” jurnalı adından, öz adımdan Vidadi müəllimi təbrik edir, şərəfli işində tükənməz enerji və cansağlığı arzulayıram. 

"Ana və Uşaq"  təbrik edir 

"Ana və Uşaq"  təbrik edir  

"Ana və Uşaq"  təbrik edir  

"Ana və Uşaq"  təbrik edir 

"Ana və Uşaq"  təbrik edir 

"Ana və Uşaq"  təbrik edir 

 Doğum günün mübarək!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz