» » Sülh, barış hər zaman yaxşıdır, amma...

Sülh, barış hər zaman yaxşıdır, amma...

Sülh, barış hər zaman yaxşıdır, amma...

2021-ci ilin dekabr ayının 19-da Fransanın paytaxtı Parisdə -  Segun adasındakı məşhur "La Seine Musicale” konsert zalında düzənlənən  "Uşaq Avroviziyası - 2021" mahnı müsabiqəsi  artıq tarixə qovuşdu. 
Bu yarışmada dünyanın Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna kimi 19 ölkəsinin uşaqları  uşaqları təmsil olunmuşdular.
Qeyd  edək ki, əvvəlki "Avroviziya” yarışmalarında - 2012-ci ildə Ömər Sultanov və Suada Ələkbərova 11-ci yeri, 2013-cü ildə Rüstəm Kərimov 7-ci, 2016-cı ildə çıxış edən Fidan Hüseynova isə 16-cı yeri tutmuşlar.
Sonuncu müsabiqədə  Azərbaycanı "One of those days" ("O günlərdən biri”) mahnısı ilə təmsil etmiş Sona Əzizova isə  151 xalla 5-ci yeri tutub.
Sona Əzizova haqqında onu da qeyd edək ki, o, İTV televiziya kanalında keçirilmiş "Səs Uşaqlar” mahnı müsabiqəsində 2-ci yerin qalibi olub.
1-ci yerin qalibi isə Ermənistan təmsilçisi Malena olub.
Təbii ki, Sona Əzizova uğurla çıxış edib və əvvəlki 3 müsabiqədə qazanılan yerlərdən üstün yer qaznıb.
Buna görə balaca Sona Vətənin sıhrətli alqışlarına layiqdir.Həyat davam edir, müsabiqələr davam edir və Sona qızımız gələcək Azərbaycan adına dsaha böyük uğur qazandıracaqdır.

Müsabiqədən sonra Sona Əzizovanı qucaqlayraq gül dəstəsi ilə təbrik etmişdir. Malena özü erməni mətbuatına açıqlamasında Sona Əzizovaya qarşı düşmən münasibət bəsləmədiyini qeyd etmişdir:
"Müsabiqədən əvvəl danışmamışıq, amma qalib olanda gəlib məni təbrik etdi və qucaqlaşdıq. Mənim kimi bir qız olduğu üçün ona düşmənçiliyim yoxdur"

Sülh, barış hər zaman yaxşıdır, amma...

Bu hadisə sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Sona Əzizovanın erməni qızını təbrik etməsinə fərqli münasibətlər üzə çıxdı. Bu yanaşmanı Ermənistandan fərqli olaraq Azərbaycanda uşaqların siyasətə alət edilmədiyinin, onlarda başqa xalqlara qarşı nifrət aşılanmadığının nümunəsi kimi ifadə edənlər daha çox oldu.
Fikirlərə hörmətlə yanaşıram, hamısı lazımlıdır.Lap mənfi fikirlər də işə yarar. Ən gərəkli fikir bu konteksdə meydana çıxır. Bütün hallarda sülh yaxşıdır. Biz böyüklər harda durmaq lazım olduğunu soruşmadan Sülh platformasında dayanmalıyıq.
Amma çox diqqətli olmsalıyıq, ayıq-sayıq olmalıyıq.

Mən dünya düzəninə rəğmən barışın, dialoqun tərəfdarıyam. Amma ermənilər barış, dialoq adamı deyillər.Onlar əqrəbdirlər 2-3 ildən sonra, lap olsun 100 ildən sora başı bəlalar görmüş bu xalqı yenə yeni faciələrlə üz-üzə qoyacaq.

Çayın qırağında əqrəblə qurbağa qarşılaşırlar.Bunlar çayın o biri sahilinə keçməli idilər.
Qurbağa üçün problem yox idi.Əqrəb ondan xahiş edir ki, məni belinə götürüb o biri sahilə keçir.Qurbağa deyir ki, yox, sən məni sancacaqsan.Əqrəb göz yaşı tökür, and-aman edir və qurbağanın ürəyini yumşaldır. Qurbağa əqrəbi belinə götürüb özünü çaya vurur. Çayın ortasında əqrəb dayana bilmir, neştərlərini işə salır. Qurbağa deyir ki, axı mən sənə inanmırdım, dedim ki, sancacaqsan.
Əqrəb də deyir ki, bu, mənim qanımdadır, dayana bilmirəm.
Onda qurbağa elə çayın ortasında 1-2 dəfə suyun içində o yana-bu yana çevrilir, çayın suyu əqrəbi alıb gedir.

3 əsrdir ki, bu əqrəblər bizi sancır. Təzə rahat nəfəs almağa başlamışıq. Amma, deyəsən, maraqlı qüvvələr var ki, ermənilərlə münasibətləri saxlamağa səy göstərirlər. Bakıda fikir verin, elə küçə, elə məhəllə olmadı ki, şəhid gəlməsin. Hansı küçədən keçirsən, şəhid xatirəsi ilə bağlı lövhələrə rast gəlirsən.Hələ nər kimi oğlanlarımı var, yataq xəstəsidir, valideynləri bu vəziyyətə gündə yüz dəfə ölüb dirilirlər. Cəbhədən tayqıç, tayqol qayıdanları birayrı ağrımız.
Qarabağ ermənilərin deyil. Amma onlar 30 il bu torpağın çörəyini yeyib, suyunu içib, biz udduğumuz havadan yaxşı havasını udub, indi çıxmaq məqamında hər yeri viranəyə çevirdilər. Ürəkləri soyumayıb çıxanda da isə hər yeri minalayıb ki, bu torpağın oğlu, qızı öz halal yurduna girə bilməsin. Əsirlərin əvəsinə mina xəritələri verdilər, heç biri də özünü doğrultmadı.
İsman yarışları, müsabiqələr elədir ki, əvvəldə də, sonda da tərəflər salamlaşır, əl verib görüşür, məğlub olan qalibi təbrik edir. Bu, bir protokol qaydası olsa da, müdrik insanların hamısının sülh, barış istəyidir.
Fəqət, ermənilər barış adamı deyillər. Onlarla bir yerdə yaşamanın mümkünlüyü eyforiya kimi bir şeydir. İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır.Orada bir nəfər azərbaycanlı qaldımı. Bir yerdə yaşama mümkünlüyü təkcə bizim üçündürmü?
Niyə bunu erməni tərəfə öyrətmirlər.Ermənilər cəmiyyətlərlə bir yerdə yaşamağı bacarmırlar. Fürsət düşən kimi əqrəb xislətlərini büruzə verirlər.
Sona qızımızın niyyətlərini şübhəyə almadan biz yolumuza davam etməliyik. Yüksək amallar uğrunda üçrəngli bayrağımız altında birləşməli, dövlətçiliyimiz qorumalıyıq. Türkçülük ideyalarını daha yüksək formada inkişaf etdirməliyik.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.