» » Dilimiz varlığımızdır (Şagird inşa yazır)

Dilimiz varlığımızdır (Şagird inşa yazır)

Müəllif: Anaveusaq.az от 1-01-2022, 11:00
Dilimiz varlığımızdır (Şagird   inşa yazır)

Mən özümü Azərbaycan dilinə həsr etmək, bu dili öyrənmək 
 istəyənlər üçün faydalı olmaq qərarına gəlmişəm.

Mirzə Kazım bəy

19-cu ərdə yaşamış məşhur Azərbaycan şərqşünası, tarixçi, türkşünas və filoloqu. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü
Biz bu qədər böyüsək də, anamızın nəvazişli bayatıları, oxşama və laylaları qulaqlarımızdan heç əskik olmur . Ruhumuzu sardıqca, indi də elə bilirik ki, bu müqəddəs varlıqlar başımız üstədir, bizi hifz edirlər.
Səs, söz nədir, ilk dəfə onların dilindən eşitdik. Həm də ən şirin, ən nəzvazişli sözlər eşitdik. Beşiyimizə hopub ruhumuza axdı bu sözlər...
Ona görə də danışdığımız dil Ana dili adlanır.
Başqa heç nə bu dili belə müqəddəs edə bilməz. Vətənimizə də Ana deyirik. Onda bu dilə Vətən dili də deyə bilərik.
 
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Bəxtiyar Vahabzadə

Dilimiz varlığımızdır (Şagird   inşa yazır)

Bizim ana dilimiz Azərbaycan dili adlanır. Mən dilimizlə, onun aydınlığı,şirinliyi və ülviyyəti ilə fəxr edirəm. Ana dilimiz bizim varlığımızdır.
Sevimli şairimiz Əli Kərim necə gözəl deyib:

Bu dil təmizlikdə - uşaq nəfəsi,
Gözəllik utanır bu incə dildən.
Onun məhv etdiyi boranlı qışdır,
Onun qarşısında düşməndi əsən,
Onu həqiqətmi ovxarlamışdır?!
Şahlar qılıncını bu dildir kəsən!
 
Bizim ana dilimiz dünyanın ən zəngin dillərindən biridir.
Amerika Birləşmiş Ştatlarında çap edilən "Dünya dilləri” kitabında 500 dildən biri kimi Azərbaycan dilinə də yer ayrılması bizim qəlbimizdə qürur hissi oyadır.
Dünyada 5 minə qədər dil vardır. Bu dillərin arasında 500 dildən biri olmaq dilimizin zənginliyindən xəbər verir. Bu dildən təkcə dünyada mövcud olan 50 milyonluq bir xalq deyil, başqa xalqlar da ünsiyyət vasitəsi kimi istifadə edirlər. O vaxt da belə olub, bu gün də belədir.
Hələ o vaxt məşhur rus ziyalısı B. Marlinski yazmışdır: "Fransız dili ilə bütün Avropanı gəzmək mümkün olduğu kimi, tatar dili (Azərbaycan dili) ilə də bütün Asiyanı başdan-başa gəzmək olar.”
Böyük rus şairi Qafqazda olarkən dilimizin qüdrətinə o qədər valeh olmuşdur ki, bunu pafoslu şəkildə belə ifadə etmişdir: "Əgər Qafqaza gəlsən, şair olub qayıdarsan!”
Bu gün mən şagirdəm. Sevimli müəllimlərimdən dilimizin zəngin ahəngini, məna çalarlarını, üslublarını öyrənirəm. Hər zaman da öyrəndiklərimlə dilimizə heyranlğımı yaşadacaq və Ana dilimlə fəxr edəcəyəm.

Yazımı yenə sevimli şairimiz Bəxtiyar Vahabzadənin məşhur şeirindən bir bəndlə bitirmək istəyirəm:

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!

Dilimiz varlığımızdır (Şagird   inşa yazır)
 
Qeyd: İnşanı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın  şagirdi Səmra Əhmədzadə yazmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.